Azərsun Holding vakansiya: Ödəniş kartları üzrə mütəxəssis.
AZ SƏNAYE BANKI ASC ödəniş kartları üzrə mütəxəssis vakansiyası təqdim edir. Ödəniş kartları, bank işi və kart proqramları sahəsində təcrübəsi olan, analitik düşünmə qabiliyyətinə malik namizədlər üçün bu vakansiya uyğun bir fürsətdir.
Tələblər:
- Ali təhsil (iqtisadi, texniki);
- Ödəniş kartları, ekvayrinq və bank işi üzrə 2-3 illik iş təcrübəsi;
- İngilis dili biliklərinə üstünlük verilir;
- Microsoft Office və kart proqramları bilikləri;
- Analitik düşünmə, iş planlama və komandada işləmə bacarığı.
İş Haqqında Məlumat:
- Ödəniş kartları üzrə daxili və kənar təşkilatlar üçün hesabatlar hazırlamaq və ya həmin hesabatların hazırlanmasını təmin etmək;
- Ödəniş sistemlərindən gələn etiraz əməliyyatlarına nəzarət etmək və beynəlxalq ödəmə sistemləri və BKM qaydalarına uyğun hərəkət etmək;
- Ödəniş kartları üzrə əməliyyatlarda yaranan mübahisəli halları araşdırmaq və həll etmək;
- Visa və MasterCard web tətbiqlərinə nəzarət etmək, lazımı yeniləmələri tətbiq etmək;
- Bank ödəmə sistemi proseslərinin Visa, Master, Milli Kart və BKM ödəmə şəbəkələri qaydalarına uyğun icra edilməsinə nəzarət etmək;
- Visa, Master, Milli Kart və BKM ödəmə sisteminin qayda yeniləmələrini təqib və icra etmək;
- Visa, Master, Milli Kart və BKM-dən daxil olan klirinq hesablaşmalarını təhlil və icra etmək;
- Bank, filial və digər bölmələrin ödəniş kartları ilə əlaqədar əldə edə bilmədiyi məlumatları hazırlayıb təmin etmək;
- Ödəniş kartları prosesinin qanunvericiliyə əsasən, bankın tarif və qaydalarına uyğun işləməsini təmin etmək və bu prosese nəzarət etmək;
- Personalizasiya edilmiş və ya edilməmiş pin zərf və kart qalıqlarına nəzarət etmək;
- ATM və POS terminal şəbəkəsində icra edilən əməliyyatlar üzrə müxabirləşmələrin düzgün əks olunmasına nəzarət etmək;
- ATM və POS terminal şəbəkəsində icra edilən əməliyyatlar üzrə yaranan mübahisəli halları araşdırmaq, həll etmək və hesablara nəzarət etmək.
İş Vaxtının Norması:
- 5 günlük iş rejimi;
- İstirahət günləri: Şənbə və Bazar.
Vəzifə Üzrə Əmək Haqqı və Digər Üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər;
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Ödəniş kartları üzrə mütəxəssis” göstərməyiniz xahiş olunur.
What's Your Reaction?