Aztelekom vakansiya: Brend və reklam üzrə baş mütəxəssis.
Aztelekom MMC, brend və reklam üzrə baş mütəxəssis axtarır. Uzunmüddətli marketinq strategiyaları, komanda idarəçiliyi, yeni marketinq imkanlarının tapılması və reklam təşəbbüslərinin həyata keçirilməsi sahələrində peşəkar olan namizədləri gözləyir.
İş Təsviri:
- Uzunmüddətli strategiya, büdcə planlaması və marketinq planının yaradılmasında iştirak etmək.
- Brend və reklam işləri üzrə komandanı effektiv şəkildə idarə etmək.
- Şirkət üçün yeni marketinq imkanlarını və kanallarını müəyyənləşdirərək reklam təşəbbüslərini həyata keçirmək.
- Yeni məhsullar üçün marketinq ünsiyyət planlarını yaratmaq və həyata keçirmək: məhsul mövqeyinin, adlandırılmasının, mesajının və reklam materiallarının yaradılmasını idarə etmək.
- Şirkət məhsulları və təkliflərini hədəf auditoriyasına təqdim etmək üçün marketinq ünsiyyət materiallarını hazırlamaq və fərqli kampaniyalar üçün tədbirlər təşkil etmək.
- Kampaniyaların effektivliyini ölçmək və hədəfləri təyin etmək.
- Məlumatların brend qaydalarına uyğun olmasını təmin etmək.
- Reklam materialları üçün cəlbedici və təsirli reklam mətnlərini Azərbaycan, İngilis və Rus dillərində yaratmaq.
- Layihə çərçivəsində dəqiq və aydın briflər hazırlamaq.
- Agentliklər, tərəfdaşlar və daxili maraqlı tərəflərlə səmərəli əməkdaşlıq etmək.
- SAP və Redimo kimi proqramlarda işləməyi bacarmaq.
Tələblər:
- Biznes/Marketinq/Kommersiya sahələrindən biri üzrə ali təhsil.
- Brend və ya reklam işi sahəsində ən azı 5 il iş təcrübəsi (Telekommunikasiya və reklam agentliyi üzrə təcrübə üstünlükdür).
- Yüksək səviyyədə Microsoft Office proqramlarında işləmək bacarığı.
- Azərbaycan, Rus və İngilis dili bilikləri arzuolunandır.
- İdarəetmə və şifahi nitq qabiliyyətinə malik olmalıdır.
- Analiz və təhlil bacarıqları.
- Problem həlli qabiliyyətləri.
Vakansiya haqqında:
- Son tarix: Noyabr 30, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr
What's Your Reaction?