Aztelekom vakansiya: Əməyin mühafizəsi üzrə mühəndis (Göygöl).

Əməyin mühafizəsi mühəndisi vakansiyası üzrə Aztelekom MMC-də iş imkanı. Göygöl rayonunda tam ştat iş təklifi. Təhlükəsizlik və SƏTƏM üzrə peşəkar təcrübəniz varsa, müraciət edin!

Sep 17, 2024 - 09:44
Sep 17, 2024 - 09:48
 0
Aztelekom vakansiya: Əməyin mühafizəsi üzrə mühəndis (Göygöl).
Aztelekom vakansiya: Əməyin mühafizəsi üzrə mühəndis (Göygöl).

Vəzifə Öhdəlikləri:

  • Qəzaların və peşə xəstəliklərinin qarşısının alınmasına yönəlmiş tədbirlərin təşkil edilməsi.
  • SƏTƏM qaydalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun əməyin mühafizəsi işlərinin aparılması.
  • Təhlükəsizlik qaydalarının və prosedurların hazırlanmasında iştirak etmək.
  • İşçilərə giriş təlimatları və əməyin təhlükəsizliyi üzrə təlimlərin keçirilməsi.
  • Regional filiallarda əməyin təhlükəsizliyi və yanğın təhlükəsizliyi tələblərinə riayət edilməsinə nəzarət etmək.
  • İş yerlərində təhlükəli və zərərli amillərin ölçülməsinin təşkil edilməsi və qiymətləndirilməsi.

Namizədə Tələblər:

  • Ali təhsil (ali-texniki təhsil üstünlük verilir).
  • Sahəsi üzrə ən azı 3 illik iş təcrübəsi.
  • Azərbaycan dilini mükəmməl bilmək, ingilis və rus dilləri arzuolunandır.
  • SƏTƏM qaydalarını, dövlət normativ tələblərini və beynəlxalq müqavilələri mükəmməl bilmək.
  • Peşəkar risklərin aşkarlanması və idarə edilməsi metodlarına bələd olmaq.
  • MS Office və Outlook proqramlarını bilmək.

Əməyin mühafizəsi üzrə mühəndis (Göygöl) vakansiyası ilə maraqlananlar CV-lərini Aztelekoma göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 26 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow