Expressbank vakansiya: Mikro kreditlər üzrə böyük mütəxəssis (Xaçmaz, Bərdə, Mingəçevir filialları).
Expressbank ASC Xaçmaz, Bərdə və Mingəçevir filialları üçün mikro kreditlər üzrə böyük mütəxəssis axtarır. Ali təhsil və müvafiq sahə üzrə iş təcrübəsi olan namizədlər müraciət edə bilər.
Vəzifələr:
- Kredit bazarını təhlil etmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri cəlb etmək.
- Mikro kreditlər üzrə sifarişləri qəbul etmək, kreditlərin bankın daxili prosedur və qaydalarına uyğun verilməsi və sənədləşdirilməsi üçün sənədləri toplamaq.
- Mikro kreditlərin təhlil edilməsi, maliyyə hesabatlarının hazırlanması, girovun qiymətləndirilməsi məqsədilə ilkin monitorinq keçirmək.
- Kredit memorandumunu tərtib etmək və digər sənədlərlə birgə kredit komitəsinin müzakirəsinə çıxarılması üçün Qrup rəhbərinə və ya Koordinatora təqdim etmək.
- Kredit verilməsinə müsbət rəy alındıqda kredit məlumatlarını ABİS-ə daxil edilməsi üçün müvafiq əməkdaşa təqdim etmək.
- Kredit müqaviləsi və ödəniş cədvəli üzrə borcların vaxtında ödənilməsini təmin etmək.
- Müqavilə şərtlərini pozmuş müştərilərlə daimi iş aparmaq və borcların ödənilməsi istiqamətində tədbirlər görmək.
- Aylıq satış planlarını yerinə yetirmək.
- Mikro kredit sahəsi üzrə təcrübəçilərin hazırlanmasında iştirak etmək.
- Mikro kredit sahəsi üzrə yeni cəlb edilmiş kredit işçilərinin banka uyğunlaşmasında birbaşa dəstək vermək.
Tələblər:
- Ali təhsil.
- Müvafiq sahə üzrə iş təcrübəsi.
- Təhlil etmə qabiliyyəti və ünsiyyət qurma bacarığı.
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək.
- Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti.
- Ünsiyyət qurma və komandada işləmək bacarığı.
Mikro kreditlər üzrə böyük mütəxəssis (Xaçmaz, Bərdə, Mingəçevir filialları) vakansiyası ilə maraqlananlar CV-lərini ExpressBank-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 9 oktyabr 2024 il.
What's Your Reaction?