Aztelekom vakansiya: Energetika üzrə mühəndis (Qusar).

Aztelekom MMC, Qusarda Energetika üzrə mühəndis vakansiyası üçün müraciət qəbul edir. Enerji şəbəkələrinin istismarı sahəsində ən azı 1 il təcrübəsi olan mühəndislər axtarılır. Müvafiq təhsili olan namizədlərin müraciət etməsi tövsiyə olunur.

Sep 28, 2024 - 13:04
Sep 28, 2024 - 13:07
 0
Aztelekom vakansiya: Energetika üzrə mühəndis (Qusar).
Aztelekom vakansiya: Energetika üzrə mühəndis (Qusar).

Təsvir
Energetika üzrə mühəndis olaraq, aşağıdakı vəzifələri yerinə yetirəcəksiniz:

  • Enerji şəbəkəsində istismarda olan avadanlıqların dayanıqlı və keyfiyyətli işini təmin etmək.
  • Şöbəyə daxil olmuş sifarişə uyğun olaraq yeni elektrik avadanlığını quraşdırmaq və enerji işlədici avadanlıqlara elektrik bağlantılarını təşkil etmək.
  • Filial şöbəsinin balansında olan transformatorların istismarını və baxış işlərinə nəzarət etmək.
  • Elektrik qida qurğularının əsaslı təmirə ehtiyacı olduqda, mütəxəssis cəlb olunması və ya sıradan çıxan detalları təmir etmək üçün təkliflər təqdim etmək.
  • Torpaqlanma sistemlərinin baxımını təşkil etmək və torpaqlanma müqavimətinin ölçülməsi və hesabatını vermək.
  • Bina təsərrüfatlı elektrik sistemlərinin istismarını, profilaktikasını və yeni elektrik qoşulmalarını təmin etmək.
  • Müvafiq ölçmə işlərini (məsələn, kabel izolyasiya müqavimətinin) həyata keçirmək.
  • Akkumulyatorların istismarını və təmirini təşkil etmək.
  • Generatora giriş və çıxış elektrik xətlərinin, AVR sistemlərinin yenilənməsini və istismarını təmin etmək.
  • Elektrik təsərrüfatı üzrə qida sistemlərinin sxemlərini çəkmək və məlumatları yeniləmək.
  • Enerji sistemlərinin monitorinqi ilə bağlı quraşdırma və istismar işlərini təşkil etmək.
  • Generator yanacaq sərfiyatının qeydiyatını aparmaq.
  • Elektrik sayğacı-texniki şərtin alınması, quraşdırılması və düzgün işləməsini təmin etmək.
  • Rabitə avadanlıqlarının soyutma sistemlərinin dayanıqlı istismarını təşkil etmək.

Tələblər

  • Energetika və ya Rabitə və İnformasiya Texnologiyaları sahəsində ali və ya orta texniki təhsil.
  • Energetika şəbəkələrinin istismarı sahəsində ən azı 1 (bir) il profesional iş təcrübəsi.
  • Enerji sistemləri şəbəkəsində istismarda olan avadanlıqların texniki xarakteristikalarını, elektrik, montaj, prinsipal və funksional sxemlərini bilməlidir.
  • İstismarda olan avadanlıqlarda zədələnmələrin aradan qaldırılması üçün istismar təlimatlarını mükəmməl bilməlidir.
  • MS Office proqramlarını bilməlidir.

Son Tarix
Müraciət üçün son tarix: Oktyabr 3, 2024

Kateqoriya
Elm, Texnologiya və Mühəndislik

Energetika üzrə mühəndis (Qusar) vakansiyası ilə maraqlananlar CV-lərini Aztelekoma göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 5 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow