Xalq Bank vakansiya: Əməliyyatlara Nəzarət İdarəsinin Filialdaxili proseslərə nəzarət şöbəsinin mütəxəssisi.
Xalq Bank, əməliyyatlara nəzarət sahəsində mütəxəssis vakansiyası elan edir. Əməliyyatların idarə olunmasında iştirak etmək, filialların fəaliyyətinə nəzarət etmək və hesabatlar hazırlamaq üçün müraciət edin.
Vəzifələr
- Kurasiyasında olan filial/şöbələrin fəaliyyətinə ümumi şəkildə nəzarət etmək;
- Şöbənin işi ilə bağlı daxili qeydiyyat cədvəllərini doldurmaq və müvafiq dəyişikliklər etmək;
- Filial/şöbələrin fəaliyyəti ilə bağlı rəhbərlik tərəfindən tələb olunan məlumatları təqdim etmək;
- Filial/şöbələrin fəaliyyəti ilə bağlı aylıq hesabatlar hazırlamaq;
- Şöbə tərəfindən tərtib edilən hesabatlar üçün tələb olunan məlumatların/hesabatların kurasiyasında olan filial/şöbələrdən toplanması;
- Kurasiyasında olan filial/şöbələrdən daxil olan sualları şöbənin səlahiyyətləri çərçivəsində cavablandırmaq, əks halda müvafiq struktur bölmələrə yönləndirmək;
- Rəhbərliyin filial/şöbələrin rəhbərləri ilə görüşlərini təşkil etmək və görüşlərin nəticələrini rəhbərliyə təqdim etmək;
- İdarə rəisinin və şöbə rəisinin ona həvalə etdiyi digər vəzifələri yerinə yetirmək.
Tələblər
- İqtisadiyyat, maliyyə və hüquq sahəsi üzrə ali magistr təhsili;
- Analoji sahədə 2 il iş təcrübəsi;
- Hərbi xidməti bitirməsini və ya möhlət hüququnun olmasını təsdiq edən sənəd (oğlanlar üçün);
- Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- Hesabatların hazırlanması üzrə təcrübə və ya biliklər;
- Dil bilikləri: ingilis və rus dili orta səviyyədə.
Vakansiya haqqında
- Son tarix: Oktyabr 27, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
Əməliyyatlara Nəzarət İdarəsinin Filialdaxili proseslərə nəzarət şöbəsinin mütəxəssisi vakansiyası ilə maraqlananlar CV-lərini Xalq Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 27 oktyabr 2024 il.
What's Your Reaction?