Aztelekom vakansiya: Energetika üzrə mühəndis (Biləsuvar).
Aztelekom MMC, Biləsuvar şəhərində Energetika üzrə mühəndis vakansiyası elan edir. Enerji şəbəkələrinin istismarı, avadanlıqların quraşdırılması, texniki baxım və monitorinq işlərinə cavabdeh olan mütəxəssis axtarılır.
Təsvir
- Enerji şəbəkəsində istismarda olan avadanlıqların dayanıqlı və keyfiyyətli işini təmin edir;
- Şöbəyə daxil olmuş sifarişə uyğun olaraq yeni elektrik avadanlığını quraşdırır və digər enerji işlədici avadanlıqlara elektrik bağlantılarının verilməsini təşkil edir;
- Filial şöbəsinin balansında olan transformatorların istismarına və digər qurumlar tərəfindən aparılan baxış işlərinə nəzarəti təmin edir;
- Elektrik qida qurğularının əsaslı təmirə ehtiyacı olduqda əlavə mütəxəssisin cəlb olunması və ya sıradan çıxan detalın təmirinin təşkil edilməsi ilə əlaqəli birbaşa rəhbərinə təkliflər tədim edir;
- Torpaqlanma sistemlərinin baxımı və istismarını təşkil edir və Təlimata uyğun olaraq, torpaqlanma müqavimətinin ölçülməsi və hesabatını verir;
- Bina təsərrüfatlı elektrik sistemlərinin istismarı, profilaktikası, təmiri və yeni elektrik qoşulmalarını təmin edir;
- İstismarına cavabdeh olduğu elektrik təsərrüfatı üzrə müvafiq ölçmə işlərinin (kabel izolyasiya müqavimətinin və s.) aparılmasını təmin edir;
- Müxtəlif tip, texniki parametrə malik akkumulyatorların istismarını, profilaktikasını təşkil edir və təmir edir;
- Generatora giriş və çıxış elektrik xətlərinin, AVR sistemlərinin (əgər tələb olunarsa) yenilənməsini, istismarını, təmirini təmin edir;
- Cavabdeh olduğu elektrik təsərrüfatı üzrə qida sistemlərinin struktur və prinsipial sxemlərinin çəkilməsi, vahid texniki registir üzrə məlumatların yenilənməsi işlərində iştirak edir;
- Enerji sistemlərinin monitorinq olunması ilə əlaqədar olaraq şöbəyə daxil olmuş sifarişə uyğun quraşdırma, istismar işlərini təşkil edir;
- Generator yanacaq sərfiyatının qeydiyatını aparmaqla məlumatları bir başa rəhbərinə çatdırılmasını təmin edir;
- Elektrik sayğacı-texniki şərtin alınması, quraşdırılmasına nəzarət, aktlar, metodiki hesabatlar, sayğacın düzgün işləməsini təmin edir;
- Rabitə avadanlıqlarının soyutma sistemlərinin dayanıqlı istismarını və baxımını təşkil edir.
Tələblər
- Energetika və ya Rabitə və İnformasiya Texnologiyaları sahəsində Ali və ya orta texniki təhsilli olmalı;
- Energetika şəbəkələrinin istismarı sahəsində ən azı 1 (bir) il profesional iş təcrübəsi olmalı;
- Enerji sistemləri şəbəkəsində istismarda olan avadanlıqların texniki xarakteristikalarını, elektrik, montaj, prinsipial və funksional sxemlərini, təyinatını və iş rejimlərini bilməli;
- Enerji sistemləri şəbəkəsində istismarda olan avadanlıqlarda baş vermiş zədələnmələrin aradan qaldırılması üçün mövcud istismar təlimatlarını mükəmməl bilməli;
- MS Office proqramlarını bilməli.
Vakansiya haqqında
- Son tarix: Noyabr 9, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Elm, Texnologiya və Mühəndislik
Energetika üzrə mühəndis (Biləsuvar) vakansiyası ilə maraqlananlar CV-lərini Aztelekoma göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 9 noyabr 2024 il.
What's Your Reaction?