Aztelekom vakansiya: Səyyar satış üzrə mütəxəssis (Fiziki şəxslərə satış).

Aztelekom MMC, səyyar satış üzrə mütəxəssis axtarır! Fiziki şəxslərə satış edilməsi üçün mükəmməl ünsiyyət bacarıqlarına malik, satış sahəsində təcrübəyə sahib, stresə davamlı və dinamik bir mühitdə çalışmağa hazır mütəxəssisləri dəvət edir.

Oct 1, 2024 - 13:06
Oct 1, 2024 - 13:08
 0
Aztelekom vakansiya: Səyyar satış üzrə mütəxəssis (Fiziki şəxslərə satış).
Səyyar satış üzrə mütəxəssis (Fiziki şəxslərə satış)

Vəzifələr

  • Cəmiyyət tərəfindən təqdim olunan xidmətlərin və məhsulların satışını həyata keçirmək.
  • Müştərilərlə mütəmadi olaraq görüşlər keçirmək (səyyar satış).
  • Mövcud və potensial müştərilərə şirkətin məhsul və xidmətlərini təqdim etmək və xidməti ərazilərdə birbaşa satışını icra etmək.
  • Xidmətlərin mövcud olduğu ərazilərdə reklam materialları təqdim etməklə və qapıdan-qapıya ünsiyyət vasitəsi ilə məhsul və xidmətlərin satışını aparmaq.
  • Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatları hazırlamaq.
  • Səyyar satış və alternativ satış kanalları icra etmək.
  • Korporativ xidmətlərin satışlarını təmin etmək.
  • Aylıq plana uyğun olaraq təyin edilən satış hədəfləri üzrə tələb olunan nəticəyə nail olmaq.
  • Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək.

Tələblər

  • Orta və ya ali təhsilli olmalıdır.
  • Satış sahəsində ən azı 1 il təcrübəyə malik olmalıdır.
  • Azərbaycan dilini mükəmməl bilməlidir, rus və ingilis dili arzuolunandır.
  • Ünsiyyət bacarığı yüksək olmalıdır.
  • Stressə davamlı olmalıdır.
  • Müştərinin tələblərini diqqət mərkəzində saxlamalıdır.
  • Yüksək templi mühitlərdə çalışmağı bacarmalıdır.
  • Marketinq və satışın əsasları ilə tanış olmalıdır.
  • Satışa aid olan sənədləri tərtib etmə bacarığına malik olmalıdır.
  • Kompüter bilikləri üzrə: MS Office (xüsusi ilə Excel) proqramlarını bilməlidir.
  • İşgüzar yazışmanın əsaslarını bilməlidir.
  • Korporativ idarəetmə sisteminin və korporativ mədəniyyətin əsaslarını bilməlidir.

Vakansiya Haqqında

  • Son tarix: Noyabr 9, 2024
  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Satış və müştəri xidmətləri

Səyyar satış üzrə mütəxəssis (Fiziki şəxslərə satış) vakansiyası ilə maraqlananlar CV-lərini Aztelekoma göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 9 noyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow