Paşa Bank vakansiya: Müştəri Meneceri (Korporativ & Insitutsional Bankçılıq).
Paşa Bank Müştəri Meneceri vəzifəsinə işçi axtarır. Maliyyə və İqtisadiyyat üzrə ali təhsil, 2-3 il iş təcrübəsi və müştəri məmnuniyyətini artırmaq bacarığı olan namizədlərdən müraciət gözlənilir. Rəqabətli mühitdə peşəkar inkişaf imkanları təqdim olunur.
Vəzifələr:
- Məhsul(ların) penetrasiyasını, gəlirliyi və müştəri məmnuniyyətini artıraraq portfelin böyüməsini təmin etmək;
- Müştəri əlaqələrini genişləndirmək və mövcud portfeli optimal şəkildə saxlamaq;
- Müştəri ilə əməkdaşlıq səviyyəsini artırmaq;
- Portfeldə olan mövcud müştərilərlə yüksək səviyyədə münasibət qurmaq;
- Bankın brendini artırmaq üçün tədbirlərdə iştirak etmək;
- Müştəri kreditləri və digər məhsullar üzrə ilkin maliyyə təhlilini aparmaq;
- Kreditlərin geri ödənilməsinə nəzarət etmək və problemlərin həll yollarını axtarmaq;
- Müştərilərə fərqli və xüsusi məhsul və xidmətləri təqdim etmək üçün əməkdaşlıq etmək.
Tələblər:
- Təhsil: Maliyyə və ya İqtisadiyyat üzrə ali təhsil;
- İş təcrübəsi: 2-3 il;
- Xarici dillər: İngilis və Rus;
- Kompüter bilikləri: Microsoft Office;
- Məhsul üzrə biliklər: Bank məhsulları;
- Bazar üzrə biliklər: Skvod sahələri üzrə bank məhsulları.
Maraqlanan namizədlər 9 dekabr 2024-cü il tarixinə qədər müraciət edə bilərlər.
What's Your Reaction?