Baku Steel Company vakansiya: Daxili kommunikasiya üzrə mütəxəssis.
"Daxili kommunikasiya üzrə mütəxəssis" vakansiyası Baku Steel Company tərəfindən elan edilmişdir.
Vakansiya Təsviri:
- Şirkətin tanıtımı və işgüzar münasibətlərin qurulması məqsədilə sərgi və yarmarkalarda cəmiyyətin layiqincə təmsil olunmasını təmin etmək, məqsədli tədbirlər həyata keçirmək;
- Cəmiyyətin saytının yenilənməsi, məzmunun təkmilləşdirilməsi və gələcəkdə SEO optimallaşdırılmasının aparılmasını təşkil etmək;
- Cəmiyyətin korporativ brendinin formalaşdırılması və promo məhsullarının korporativ dizaynı üçün təkliflər hazırlamaq, çap məhsullarının (kataloq, flayer, broşür və s.) hazırlanmasını təşkil etmək;
- Cəmiyyətin Sosial Media Marketinq (SMM) planlaşdırılması və həyata keçirilməsi üçün lazımi dəstək vermək;
- Cəmiyyətin fəaliyyəti barədə reklam çarxları və bannerlərin hazırlanmasını təşkil etmək, müvafiq şöbələrə təqdim etmək və monitorinqini həyata keçirmək;
- Şirkət daxili korporativ tədbirlərin, bayram şənliklərinin, müsabiqələrin və digər tədbirlərin həyata keçirilməsini təşkil etmək və idarə etmək;
- İstehlakçı rəylərinin öyrənilməsini təşkil etmək və məhsul satışına təsirini analiz etmək;
- Media monitorinqinin aparılması və hesabatların hazırlanmasını həyata keçirmək;
- Müştəri məmnuniyyətinin ölçülməsi və təhlilinin aparılması.
Tələblər:
- Ali təhsil (bakalavr səviyyəsində);
- Marketinq, tədbirlərin təşkili və ya layihələrin idarə edilməsi sahəsində minimum 2 il iş təcrübəsi;
- Hesabatlılığın hazırlanmasında təcrübə;
- Ofis avadanlıqları və kompüter proqramlarının əsaslarını yaxşı bilmək;
- İşgüzar rus və ingilis dilləri bilikləri.
Vakansiya haqqında məlumat:
- Son müraciət tarixi: 6 noyabr 2024;
- Vakansiya növü: Tam ştat;
- Kateqoriya: Kütləvi İnformasiya Vasitələri və İctimaiyyətlə Əlaqələr;
- Şirkət: Baku Steel Company.
https://jobs.glorri.az/vacancies/bakusteel/bakusteel-daxili-kommunikasiya-uzre-mutexessis/apply müraciyət üçün link.
What's Your Reaction?