MKT İstehsalat Kommersiya vakansiya: Nəqliyyat Çilingəri axtarılır.
Nəqliyyat çilingəri vakansiyası üzrə iş elanları. MKT İK MMC-də tam ştat iş. İş təcrübəsi, texniki biliklər və kənd təsərrüfatı texnikasının təmiri üzrə biliklər tələb olunur.
İş vəzifələri
- İşdən əvvəl müvafiq təlimatları nəzərdən keçirmək və təmir prosesinə hazırlaşmaq;
- Kənd təsərrüfatı texnikasının istismarı zamanı qüsurları aşkar etmək və aradan qaldırmaq;
- Texnikalara mütəmadi baxış keçirmək və təyin olunmuş intervalda texniki xidmət göstərmək;
- Texnikaların təhlükəsiz istismarını təmin etmək və təmir proseslərinin ardıcıllığını planlaşdırmaq;
- Təmir işləri üçün lazım olan avadanlıqların nasazlıqlarını aşkar etmək və iş yerini təmizləmək;
- Materialların ölçüsü və xüsusiyyətlərini yoxlamaq, iş yerində potensial təhlükələri qabaqcadan müəyyənləşdirmək;
- Qüsurlu və ya zədələnmiş hissələri müvafiq qaydalara uyğun olaraq əvəzləmək və təmir etmək.
Tələblər
- Nəqliyyat vasitələrinin təmir və profilaktik tədbirlərini bilmək;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Məsuliyyətli, çevik və komanda daxilində işləmə bacarığı;
- Kənd təsərrüfatı texnikalarının texniki xüsusiyyətlərini və təmir qaydalarını bilmək;
- Gərgin iş rejimində işləmə bacarığına malik olmaq.
Vakansiya haqqında məlumat
- Son müraciət tarixi: 6 noyabr 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Sənaye və Kənd Təsərrüfatı
https://jobs.glorri.az/vacancies/mktcotton/mktcotton-neqliyyat-cilingeri-1454/apply müraciyət üçün link.
What's Your Reaction?