Baku Steel Company vakansiya: Texniki Təhlükəsizlik və Əməyin Mühafizəsi üzrə nəzarətçi (Sumqayıt şəhəri).
Sumqayıt şəhərində Baku Steel Company şirkəti tərəfindən Təhlükəsizlik və Əməyin Mühafizəsi üzrə Nəzarətçi vakansiyası təqdim edilir. Ali təhsil və 2 il iş təcrübəsi olan namizədlər müraciət edə bilər.
Təsvir:
-
Müəssisənin bütün bölmə və istehsalat sahələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına, qanunvericiliyə, təlimatlara və sanitariya-gigiyena tələblərinə riayət edilməsi üzrə nəzarəti həyata keçirmək. Pozuntular aşkar edildikdə, müvafiq xəbərdarlıqların verilməsi və təhlükəli hallarda işin dayandırılması.
-
Əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılması məqsədilə perspektiv və illik planların hazırlanması və həyata keçirilməsində iştirak etmək.
-
İş yerlərində əmək şəraitini öyrənmək, müasir çəpərləyici texnika və qoruyucu qurğuların tətbiqində iştirak etmək.
-
Avadanlığın texniki vəziyyətini yoxlamaq, təhlükəsizlik tələblərinə uyğunluğunu müəyyənləşdirmək və lazım gələrsə, işin dayandırılması üçün tədbir görmək.
-
Ventilyasiya və aspirasiya sistemlərinin effektivliyinə, qoruyucu tərtibatların və mühafizə qurğularının vəziyyətinə nəzarət etmək.
-
Buxar qazanlarının, sıxılmış qaz tutumlarının, kranların və digər avadanlıqların sınaqdan keçirilməsini təmin etmək və dövlət orqanlarının tələb etdiyi göstərişlərin yerinə yetirilməsini nəzarət etmək.
-
Yeni tikilən və yenidən qurulan istehsalat obyektlərinin layihələndirilməsində və istismara buraxılmasında iştirak etmək.
-
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası məsələləri ilə bağlı metodiki köməkliyin göstərilməsi və işçilərə təlimatların keçirilməsi.
-
İstehsalat xəsarətlərinin, qəzalarının və peşə xəstəliklərinin təhqiqində iştirak etmək və aradan qaldırılma tədbirlərini həyata keçirmək.
-
Xüsusi geyim, ayaqqabı və digər mühafizə vasitələrinin verilməsinin yoxlanılması və onların düzgün istifadə olunmasını nəzarətə götürmək.
-
Günün istənilən vaxtında iş icraçılarının vəsiqələrinin və icra sənədlərinin yoxlanılması.
-
Hesabatların hazırlanması.
Tələblər:
-
Ali təhsil.
-
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi.
-
Problemləri həll etmə bacarığı.
-
Təhlil etmə bacarığı.
-
Ünsiyyət qurma bacarığı.
-
MS Office proqramında sərbəst işləmə bacarığı (EXCEL – yüksək səviyyədə).
-
Vəzifəsi üzrə sertifikat.
Texniki Təhlükəsizlik və Əməyin Mühafizəsi üzrə nəzarətçi (Sumqayıt şəhəri) vakansiyası ilə maraqlananlar CV-lərini Baku Steel Company-ya göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 5 oktyabr 2024 il.
What's Your Reaction?