Finca Bank vakansiya: Qax fillialına Müştəri Əlaqələri üzrə Kiçik İşçi axtarılır.
FINCA Azerbaijan-ın Qax filialında Müştəri Əlaqələri üzrə Kiçik İşçi vakansiyası. Yüksək keyfiyyətli müştəri xidmətləri təmin edən, kredit proseslərini dəstəkləyən və inzibati işləri idarə edən işçi axtarılır.
Vəzifənin əsas öhdəlikləri:
- Yüksək keyfiyyətli müştəri xidmətləri standartlarını təmin etmək.
- Kredit üçün müraciət etmiş müştərilərin müraciətlərinin keyfiyyətlə və zamanında qəbulunu təmin etmək və bu müraciətləri aidiyyatı şöbələrə operativ çatdırmaq.
- Kreditlərin rəsmiləşdirilməsi, sənədləşdirilməsi və müştərilərə çatdırılma kanallarını dəstəkləmək.
- Filialın inzibati işlərini və arxiv funksiyasını təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə icra etmək.
- Tələb olunan hesabatları hazırlamaq və birbaşa menecerinə təqdim etmək.
- Təşkilat tərəfindən təşkil olunmuş müvafiq təlimlərdə və seminarlarda fəal iştirak etmək.
- Filialın və Baş Ofisin digər Departamentləri/Şöbələri ilə səmərəli əməkdaşlıq qurmaq.
- Digər öhdəlik və tapşırıqları keyfiyyətlə/zamanında icra etmək.
Tələblər:
- Ali təhsil və ya Orta ixtisas təhsili; Maliyyə/İqtisadiyyat və ya oxşar sahələr üzrə ixtisaslı namizədlərə üstünlük verilir.
- Müştəri Xidmətləri və Arxa Ofis üzrə müəyyən iş təcrübəsi.
- MS Office proqramlarından (MS Word, MS Excel, MS Outlook) sərbəst istifadə bacarığı.
- Məsuliyyətli, təşəbbüskar, işgüzar və özünüinkişafa meyilli olmaq.
- Yüksək ünsiyyət qurma və məlumat əldə etmə bacarıqları.
- Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı.
- Səlis Azərbaycan dili bilikləri, fikirlərini şifahi və yazılı olaraq dəqiq ifadə etmək bacarığı.
İmtiyazlar:
- İş Qrafiki: Bazar Ertəsi – Cümə günləri, saat 09:00 - 18:00. Şənbə, Bazar günləri, dövlət bayramları və milli hüzn günləri qeyri-iş günləridir.
- Əmək Müqaviləsi və qanunvericilikdə nəzərdə tutulan əsas məzuniyyət günlərinə əlavə olaraq şirkət tərəfindən təqdim olunan əlavə 2 məzuniyyət günü.
- Tibbi Sığorta (işçini əhatə edən).
- Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar.
- Həyat Yığım sığortasından istifadə etmək imkanı.
Mərkəzləşdirilmiş Yığım Meneceri vakansiyası ilə maraqlananlar CV-lərini Finca Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 18 sentyabr 2024 il.
What's Your Reaction?