Bank Avrasiya vakansiya: Kredit üzrə satış mütəxəssisi axtarılır
Bank Avrasiya ASC, Bakı şəhərində Kredit üzrə Satış Mütəxəssisi vəzifəsi üçün vakansiya elan edir. Ali təhsil, kreditləşdirmə təcrübəsi və müştəri yönümlü iş bacarıqları olan namizədlər müraciət edə bilərlər.
Vakansiya Elanı:
Vəzifə: Kredit üzrə Satış Mütəxəssisi
Şirkət: Bank Avrasiya ASC
Əmək Haqqı: 1000 - 1200 AZN
Şəhər: Bakı
Yaş: 25 - 35 yaş
Təhsil: Ali
İş Təcrübəsi: 1 ildən 3 ilə qədər
Elanın Tarixi: Avqust 28, 2024
Bitmə Tarixi: Sentyabr 27, 2024
Telefon: (012) 310-05-85
E-mail: [email protected]
İş barədə məlumat:
- Müştərilərin cəlb olunması və onlara çarpaz satışların edilməsi
- Yeni müştərilərə təkliflərin hazırlanması və təqdim edilməsi
- Maliyyə təhlili əsasında müştərilərin ödəniş qabiliyyətinin təyin edilməsi
- Mövcud müştəri portfelinin idarə edilməsi və bu seqmentə aid olan bütün növ bank məhsullarının təklif edilməsi
- Müştəri sənədlərinin və hesabatlarının hazırlanması və Kredit Komitələrinə təqdim edilməsi
- Müştərilərin ehtiyaclarını müəyyən edərək onlara uzunmüddətli maliyyə məsləhətlərinin verilməsi
- Qarşıya qoyulmuş aylıq/illik planları icra edərək keyfiyyətli kredit portfelinin qurulması və idarə edilməsi
- İş qrafiki: I-V günlər, 09:00-dan 18:00-dək
Namizədə Tələblər:
- Ali təhsil (İqtisadiyyat və ya maliyyə-kredit sahəsində)
- Kredit satışı üzrə ən azı 1 il iş stajı
- Potensial müştərilərin axtarışı və cəlb etmə bacarığı
- Kreditləşdirmə barədə nəzəri və praktiki bilgilər
- Bank qanunvericiliyi barədə biliklər
- Azərbaycan dilində səlist danışıq bacarığı (rus dili və ingilis dili arzuolunandır)
- MS Office proqramlarının bilikləri
- Analitik qabiliyyət və maliyyə təhlil bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
Müraciət Üçün: Xahiş olunur, mövzu hissəsində "Kredit üzrə Satış Mütəxəssisi" vəzifəsini qeyd edib CV-nizi [email protected] ünvanına göndərin.
Əlaqə: (012) 310-05-85
What's Your Reaction?