Bank of Baku vakansiya: Texniki şöbənin eksperti (Ödəniş sistemləri departamenti).
Texniki şöbənin eksperti vakansiyası – ödəniş sistemləri sahəsində 1-3 il təcrübəsi olan namizədlər üçün. Ali təhsil, orta səviyyədə rus və ingilis dili biliyi tələb olunur.
Vəzifə Funksiyaları:
- Ödəniş kartları üzrə əməliyyat sistemlərinin fəaliyyətini təşkil edir, tənzimləyir və bu sistemin təhlükəsiz və effektiv fəaliyyətini təmin edir.
- Bank infrastrukturu daxilində və xarici sistemlərlə ödəniş kartları üzrə əməliyyatların uyğun şəkildə əlaqələndirilməsini həyata keçirir.
- Ödəniş sistemlərinin müntəzəm təkmilləşdirilməsi və inkişafı üçün təkliflər verir, həmçinin yenilikləri araşdırır.
- Məlumatların ötürülməsi, toplanması və emalı proseslərinə texniki dəstək göstərir və lazımi tədbirləri həyata keçirir.
- Ödəniş sistemləri və xidmət mərkəzləri ilə bağlı sertifikasiya prosesini təşkil edir və bu təşkilatlarla qarşılıqlı əməkdaşlığı həyata keçirir.
- Innovativ ödəniş həllərinin araşdırılması, testləşdirilməsi və tətbiqi üzrə tədbirlərin həyata keçirilməsini təmin edir.
Yumşaq Bacarıqlar:
- Məsuliyyətli olmaq
- Nizam-intizamlı olmaq
- Təşəbbüskarlıq göstərmək
- Nəticəyə yönümlü işləmək
Dil Bilikləri:
- Rus dili - Orta
- İngilis dili - Orta
Kompüter Bilikləri:
- SQL - Orta səviyyə
- Microsoft ofis proqramları - Orta səviyyə
Təhsil və Təcrübə Tələbləri:
- Ali təhsil (bakalavr səviyyəsində)
- Sahə üzrə 1-3 il iş təcrübəsi
Ünvan: Bakı, Ağa Nemətulla küç. 219
Bitmə Tarixi: 03 Oktyabr 2024
Texniki şöbənin eksperti (Ödəniş sistemləri departamenti) vakansiyası ilə maraqlananlar CV-lərini Bank of Baku-ya göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 3 oktyabr 2024 il.
What's Your Reaction?