Bank Respublika vakansiya: Əməliyyat risklərinin idarəedilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi.

Bank Respublika ASC əməliyyat risklərinin idarəedilməsi şöbəsi üzrə mütəxəssis vakansiyası. Ali təhsil və əməliyyat risklərinin idarəedilməsi üzrə minimum 1 il iş təcrübəsi tələb olunur. Müraciət edin!

Sep 5, 2024 - 14:38
Sep 5, 2024 - 14:44
 0
Bank Respublika vakansiya: Əməliyyat risklərinin idarəedilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi.
Bank Respublika vakansiya: Əməliyyat risklərinin idarəedilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi.

Vəzifə Təsviri:

  • Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması;
  • Risk nəzarət və özünü qiymətləndirmə alətinin tətbiqi;
  • Risk nəzarət matrisinin hazırlanması və dövri olaraq yenilənməsi;
  • Risk və insidentlərin idarə edilməsi sisteminin təşkili;
  • Bankdaxili normativ sənədlərin, məhsul və xidmət passportlarının, risk nəzarət mexanizmlərinin nəzərdən keçirilməsi və müvafiq rəyin verilməsi;
  • Stress testlər və ssenari analizlərinin aparılması;
  • Əməliyyat risklərinin idarə edilməsi prosesində risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin aparılması və hesabatların tərtib olunması;
  • Analitik və təhlil yönümlü yanaşmaların istifadə edilməsi;
  • Proseslərin təhlili, risk faktorlarının aşkar edilməsi və qiymətləndirilməsi;
  • Risklərin minimallaşdırılması və qarşısının alınması üzrə təkliflərin verilməsi.

Tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat və ya biznesin idarə edilməsi üzrə);
  • Əməliyyat risklərinin idarə edilməsi üzrə ən azı 1 il iş təcrübəsi;
  • Risklərin idarəedilməsi üzrə sertifikatlara üstünlük verilir;
  • Biznes proseslərinin tənzimlənməsi barədə qanunvericilik bilikləri;
  • Zərurət olduqda şəhər və region filiallarına səfər etmək imkanları;
  • Dil bilikləri: Azərbaycan dili – mükəmməl, Rus və İngilis dilləri – yaxşı səviyyədə arzuolunandır;
  • Microsoft Office proqramları üzrə biliklər;
  • Analitik düşüncə və yüksək təhlil qabiliyyəti;
  • Yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Komanda işi və insanlarla işləmək bacarığı;
  • Məsuliyyət və detallara diqqət.

Vakansiya Təfərrüatları:

  • Şirkət: Bank Respublika ASC
  • Ünvan: 21 Xəqani, Bakı, Azərbaycan
  • İş rejimi: Tam ştat

Əməliyyat risklərinin idarəedilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi vakansiyası ilə maraqlananlar CV-lərini Bank Respublikaya göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 30 sentyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow