Bank Respublika vakansiya: İnformasiya Təhlükəsizliyi Departamentinin Əməliyyatların Təhlükəsizlik Təminatı şöbəsinə şəbəkə təhlükəsizliyi üzrə administrator.
Bank Respublika ASC, şəbəkə təhlükəsizliyi üzrə administrator vakansiyası ilə iş axtaranlara fürsət təqdim edir. İnformasiya təhlükəsizliyi departamentində tam ştatlı iş imkanı, müasir texnologiyalarla tanış olmaq və karyera inkişafı üçün ideal şərait yaradır.
Vəzifələr
- Mövcud “NGFW Firewall”-ların administrasiyası;
- “Web Application Firewall”-un administrasiyası;
- Yeni və mövcud “Web Application”-ların təhlükəsizliyinin təhlili;
- RADIUS və TACACS+ serverlərinin administrasiyası;
- Şəbəkə, server və proqram təminatlarının zəifliklərinin aşkar edilməsi (vulnerability scanning);
- IPS sistemlərinin administrasiyası;
- 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyinin təmini;
- Email təhlükəsizliyi sisteminin administrasiyası;
- Şəbəkə və “application” üzrə monitorinq sistemlərinin administrasiyası;
- VPN rabitəsinin qurulması və təhlükəsizliyin texniki sahəsi üzrə digər tapşırıqların icrası.
Tələblər
- Ali təhsil (təhsil aidiyyatı sahə üzrə arzuolunandır);
- Müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili yaxşı, Rus dili arzuolunandır;
- Veb təhlükəsizlik (Web Application Firewall) parametrlərinə dair biliklər;
- AAA, RADIUS, TACACS+ barədə biliklər;
- Yeni nəsil firewall-lar (NGFW) barədə biliklər;
- Anti-virus, Anti-Malware sistemləri barədə biliklər;
- Vulnerability scanning proqramı üzrə biliklər;
- Penetration testing barədə biliklər;
- Müdaxilələrin qarşısının alınması sistemləri (IPS) üzrə biliklər;
- 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyi barədə biliklər;
- Email təhlükəsizliyi, monitorinq sistemi və VPN texnologiyaları üzrə biliklər;
- İnformasiya təhlükəsizliyi standartları haqqında biliklər (ISO/IEC 27001, NIST, PCI-DSS və s.).
Son tarix
- Oktyabr 20, 2024
https://jobs.glorri.az/vacancies/bankrespublika/bankrespublika-informasiya-tehlukesizliyi-departamentinin-emeliyyatlarin-tehlukesizlik-teminati-2/apply müraciyət üçün link.
What's Your Reaction?