Unibank vakansiya: Qiymətləndirmə şöbəsinin mütəxəssisi.

Unibank Kommersiya Bankı Qiymətləndirmə Şöbəsinin Mütəxəssisi vakansiyasını təqdim edir. Əgər siz qiymətləndirmə sahəsində peşəkar təcrübəyə sahibsinizsə və yeniliklərə açıq bir mühitdə işləmək istəyirsinizsə, müraciət edin.

Sep 5, 2024 - 12:51
Sep 5, 2024 - 12:55
 0
Unibank vakansiya: Qiymətləndirmə şöbəsinin mütəxəssisi.
Unibank vakansiya: Qiymətləndirmə şöbəsinin mütəxəssisi.

Vakansiya Təsviri:

  • Bankın qiymətləndirmə siyasətinin həyata keçirilməsində iştirak edir, qiymətləndirmə üzrə bu siyasətin icrasını təmin edir.
  • Qiymətləndirmə ilə bağlı sifariş ərizəsini qəbul edir və onu cari hesabata daxil edir.
  • Bankın kredit mütəxəssisləri tərəfindən keçiriləcək qiymətləndirməyə dair bütün sənəd toplusunun göndərilməsinə nəzarət edir.
  • Qiymətləndirmə (daşınar və daşınmaz əmlak) və yenidən qiymətləndirmənin keçirilməsini təmin edir və onun gedişatına nəzarət edir.
  • Təsdiq olunmuş sənədlərin əslini təhvil-təslim aktı üzrə müvafiq quruma təhvil verir.
  • Müvafiq sənədləri aidiyyatı üzrə arxivləşdirir.
  • Bankın (filiallar üzrə) keçirilmiş hər bir qiymətləndirmənin qeydiyyatını aparır və qiymətləndirmə şirkətindən alınmış hesabat ilə müqayisə edir və ödənişə yönləndirir.

Tələblər:

  • Kompüter bilikləri: ƏS, MS Office (Word, Excel, Outlook), İnternetdə işləmə bacarığı.
  • Azərbaycan və Rus dilləri üzrə sərbəst bilik.
  • Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı.
  • Yeniliklərə açıq, daim özünü inkişaf etdirən biri olmalı.
  • Ünsiyyətcil, təşəbbüskar, aktiv.
  • Komandada işləmək bacarığı.
  • Stressə davamlılıq.

Qiymətləndirmə şöbəsinin mütəxəssisi vakansiyası ilə maraqlananlar CV-lərini Unibank-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 14 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow