Bank Respublika vakansiya: Korporativ katib axtarılır.
Bank Respublika ASC-də Korporativ Katib vakansiyası üçün müraciət edin. Ali təhsil, mükəmməl dil bilikləri və MS Office təcrübəsi tələb olunur.
Vəzifələr:
- Səhmdarların ümumi yığıncağının, Müşahidə Şurası, İdarə Heyəti və onun komitələrinin iclaslarının çağırılması və keçirilməsini təmin etmək.
- İclasların gündəliyini tərtib etmək, iclasdan əvvəl onları yenilənmiş məlumatlarla və digər zəruri resurslarla təmin etmək.
- Müşahidə Şurasının, İdarə Heyətinin iclası və Komitələrin fəaliyyəti ilə bağlı protokolların idarə edilməsi prosesini təşkil etmək.
- Müşahidə Şurası, İdarə Heyətinin iclası və Komitələrin qərarları haqqında Bankın əməkdaşlarını məlumatlandırmaq.
- Müşahidə Şurasının, İdarə Heyətinin iclası və Komitələrin qərarlarının və tapşırıqlarının icrasına nəzarət etmək.
- Bankın rəhbərliyinin (İdarə Heyətinin Sədri və üzvləri, İdarə Heyəti Sədrinin ofisinin rəhbəri) digər tapşırıq və göstərişlərini yerinə yetirmək.
Tələblər:
- Ali təhsil.
- İş təcrübəsi – 1 ildən 3 ilə qədər.
- Mükəmməl səviyyədə MS Office (Power Point, Word, Excel) ilə işləmək.
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (əla), İngilis dili (əla).
- Minimum nəzarətlə effektiv işləmə bacarığı.
- Nəzakətli və diplomatik ünsiyyətə sahib olmaq.
- Zamanın səmərəli və effektiv idarə edilməsi.
- Güclü təşkilatçılıq bacarığı və eyni zamanda bir neçə tapşırığın icra edilməsi.
Son tarix: Oktyabr 20, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
Korporativ katib vakansiyası ilə maraqlananlar CV-lərini Bank Respublikaya göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 20 oktyabr 2024 il.
What's Your Reaction?