Bank Respublika vakansiya: Layihələrin idarə edilməsi üzrə mütəxəssis.
Layihələrin idarə edilməsi üzrə mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis vakansiyası Bank Respublika ASC-də! Ali təhsil, 1 il iş təcrübəsi və dil bilikləri ilə müraciət edin! Noyabr 5, 2024 tarixinə qədər müraciət etməyi unutmayın!
Təsvir:
- Layihələrin koordinasiyası, sənədləşməsi, izlənməsi, monitorinqi, nəzarət və loqistika məsələlərində LİD-in səlahiyyətli şəxsləri və layihə rəhbərlərinə dəstək vermək;
- Layihələrin iş prosesi standartları və zəruri sənəd şablonlarının hazırlanmasında iştirak etmək;
- Bank üzrə layihələrin uğurlu həyata keçirilməsi məqsədilə zərurət yarandığı təqdirdə layihə qrupunun üzvü və ya layihə meneceri kimi iştirak etmək;
- Layihələrin konsepsiyası, metodologiyası, standartları, iş prosesi üzrə sənəd şablonlarının hazırlanmasında iştirak etmək;
- Layihələrlə əlaqəli tender və müsabiqələrin təşkili və keçirilməsində iştirak etmək.
Tələblər:
- Ali təhsil (müvafiq sahə üzrə təhsilin olması və ya müvafiq sahə üzrə təlimlərdə iştirak arzuolunandır);
- Layihələrin idarə edilməsi üzrə minimum 1 il iş təcrübəsi (müvafiq sahə üzrə təhsil olduğu halda təcrübə olmaya bilər);
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili və İngilis dili (yaxşı);
- Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
Vakansiya haqqında:
- Son tarix: Noyabr 5, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə
What's Your Reaction?