Bank Respublika vakansiya: Partnyorlarla iş şöbəsinə mütəxəssis.
Bank Respublika ASC-də Partnyorlarla iş şöbəsinə mütəxəssis vəzifəsi üçün müraciət edin. Potensial partnyorların axtarışı, cəlb edilməsi və bankla əməkdaşlığın dəstəklənməsi üzrə əhəmiyyətli rol oynayın. Ali təhsil, müvafiq iş təcrübəsi və mükəmməl ünsiyyət bacarıqları tələb olunur.
Vəzifələr
- Bankın potensial partnyoru ola biləcək mağaza və şirkətlərin bazar araşdırması və əməkdaşlığa cəlb olunması;
- Potensial partnyorun axtarışı və cəlb edilməsi, əməkdaşlığın yaradılması və dəstəyi;
- Mövcud layihələr üzrə tərəfdaşlığa cəlb olunmuş partnyorun bankla əməkdaşlıq müddəti ərzində yaranmış çətinliklərin aradan qaldırılması ilə bağlı işlərin aparılması;
- Partnyorların işinin təhlili və mütəmadi monitorinqi; partnyorlar tərəfindən müraciətlərin qəbulu və icrası üzrə aidiyyəti departamentlərlə işin qurulması;
- Mövcud partnyorlarla satışın artırılması və işlərin optimallaşdırılması üzrə təkliflərin verilməsi;
- Şöbənin funksiyasından irəli gələn digər funksiyaların icra edilməsi.
Tələblər
- Ali təhsil;
- Sahə üzrə ən azı 1 illik iş təcrübəsi;
- Əla səviyyədə Azərbaycan və rus dili biliyi (ingilis dili arzuolunandır);
- Kompüterdən istifadə bacarığı (MS Office proqramları);
- Ünsiyyət qurmaq bacarığı;
- Cəlb etmə bacarığı;
- Müştəri ilə işləmək bacarığı;
- Məsuliyyətlilik, operativlik.
Müraciət
Son tarix: Oktyabr 13, 2024
Vakansiya növü: Tam ştat
Partnyorlarla iş şöbəsinə mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Bank Respublikaya göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 13 oktyabr 2024 il.
What's Your Reaction?