Azərbaycan Hava Yolları vakansiya: Cədvəl üzrə mühəndis/ Tarif və gəlirlərin İdarə olunması İdarəsi.
"Azərbaycan Hava Yolları" QSC, cədvəl üzrə mühəndis axtarır! Ali təhsil və müvafiq sahə üzrə 3 illik iş təcrübəsi ilə müraciət edin. Yerlərin idarə olunması, transfer sərnişinlərin daşınması və overbookinqə nəzarət bacarığı olan namizədlər axtarılır.
Təsvir
- Yer ehtiyatlarına və overbookinqə nəzarət edilməsi;
- Digər sistemlərdə yaradılan bronlara və online satışa “QUEUE" vasitəsi ilə nəzarət edilməsi;
- Daşınma qaydalarının pozuntularına nəzarət olunması və cərimələrin tətbiq edilməsi;
- Uçuşların gecikmələri zamanı transfer sərnişinlər haqqında məlumatın işlənib-hazırlanması və daşınmaları üçün alternativ variantların təqdim edilməsi;
- Hava gəmisinin dəyişiklikdən öncə bronlaşdırılan ödənişsiz və ödənişli yerlərin siyahısının yoxlanması;
- Bütün yaranan uyğunsuzluqların müəyyən olunması;
- Upgrade və downgrade üzrə məlumatların emal olunması.
Tələblər
- Təhsil tələbləri: Ali təhsil;
- Yazılı və şifahi ünsiyyət bacarıqları: Əla;
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il;
- Əməkdaşlıq və effektiv ünsiyyət bacarığı;
- Microsoft Office bilikləri;
- Dil bilikləri: Azərbaycan və ingilis dillərində mükəmməl şifahi və yazılı ünsiyyət qurma bacarıqları;
- Şəxsiyyət keyfiyyətləri: Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
- Strateji düşünmə qabiliyyəti.
Cədvəl üzrə mühəndis/ Tarif və gəlirlərin İdarə olunması İdarəsi vakansiyası ilə maraqlananlar CV-lərini Azərbaycan Hava Yolları-na göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 13 oktyabr 2024 il.
What's Your Reaction?