Agro Food Investments vakansiya: Risk və daxili nəzarət üzrə qrup meneceri.

Agro Food Investments şirkətində Risk və Daxili Nəzarət üzrə Qrup Meneceri vakansiyası mövcuddur. Risk idarəetməsi və biznes proseslərinin təkmilləşdirilməsi sahələrində 4 illik iş təcrübəsi olan namizədlər dəvət olunur.

Oct 1, 2024 - 13:21
Oct 1, 2024 - 13:25
 0
Agro Food Investments vakansiya: Risk və daxili nəzarət üzrə qrup meneceri.
Agro Food Investments vakansiya: Risk və daxili nəzarət üzrə qrup meneceri.

1. Risk İdarəetməsi

  • Qrupun fəaliyyətinə və məqsədlərinə təsir göstərə biləcək potensial riskləri müəyyən etmək, qiymətləndirmək və prioritetləşdirmək. (Maliyyə risklərini əhatə etməklə)
  • Risk idarəetmə strategiyaları, siyasətlər və prosedurlar hazırlamaq və həyata keçirmək.
  • Risk idarəetmə proseslərinin effektivliyini izləmək, hesabat vermək və tənzimləyici tələblərə uyğunluğu təmin etmək.
  • Daimi risk qiymətləndirmələri və auditlər aparmaq, yeni riskləri müəyyən etmək və onların aradan qaldırılması üçün tədbirlər tövsiyə etmək.
  • Müxtəlif şöbələrlə, daxili audit komandası ilə əməkdaşlıq edərək risk idarəetmə təcrübələrini gündəlik əməliyyatlara inteqrasiya etmək.

2. Biznes Proseslərin İdarəetməsi və Daxili Nəzarət

  • Cari biznes prosesləri və iş axınlarını analiz etmək, təkmilləşdirmə sahələrini müəyyən etmək.
  • Yeni biznes prosesləri dizayn etmək, sənədləşdirmək və tətbiq etmək, xərcləri azaldan və ümumi performansı yaxşılaşdıran həllər təqdim etmək.
  • Siyasətlər, prosedurlar və təlim materialları daxil olmaqla, proses sənədlərini təhlil etmək, təkmilləşdirmək, yenilərini hazırlamaq və mühafizəsini təqdim etmək.
  • Lean, Six Sigma və ya BPM (Biznes Proses İdarəetməsi) metodologiyalarından istifadə edərək çarpaz funksional komandalara rəhbərlik etmək.

Ümumilikdə

  • Bütün biznes proseslərinin müvafiq qanunlar, qaydalar və sənaye standartlarına uyğun olmasını təmin etmək.
  • Risk idarəetmə fəaliyyətləri və biznes proseslərinin təkmilləşdirilməsi barədə mütəmadi hesabatlar hazırlamaq.
  • Daxili və xarici auditlərdə zəruri sənədlər və məlumatlar təqdim etmək.
  • Əməkdaşlara risk idarəetməsi və biznes proseslərinin ən yaxşı təcrübələri ilə bağlı təlimlər vermək.
  • Təşkilatda davamlı təkmilləşmə və risk haqqında məlumatlılıq mədəniyyətini inkişaf etdirmək.

Tələblər

  • Biznesin İdarə Edilməsi, Maliyyə, Risk İdarəetməsi və ya əlaqəli sahədə bakalavr dərəcəsi; magistr dərəcəsi və ya peşəkar sertifikat (məsələn, PMP, CRISC, Six Sigma) üstünlükdür.
  • Risk idarəetməsi, biznes proseslərinin idarə edilməsi və ya əlaqəli sahədə ən azı 4 illik iş təcrübəsi.
  • Lean, Six Sigma və ya BPM metodologiyalarında sübut edilmiş təcrübə ciddi üstünlükdür.
  • Güclü ünsiyyət və şəxslərarası münasibətlər bacarıqları.

Risk və daxili nəzarət üzrə qrup meneceri vakansiyası ilə maraqlananlar CV-lərini Agro Food Investments-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 24 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow