Bank Respublika vakansiya: Pərakəndə bankçılıq üzrə mütəxəssis.
Pərakəndə bankçılıq üzrə mütəxəssis vakansiyası! Bank Respublika ASC Xaçmaz filialında müştəri xidməti sahəsində iş imkanı. Ali təhsil, 1 il iş təcrübəsi və dil bilikləri ilə müraciət edin.
Vəzifə Təsviri
- Bankın fiziki şəxs müştərilərinə pərakəndə məhsul və xidmətlər haqqında məlumatlar təqdim etmək, tövsiyələr vermək və xidmət göstərmək;
- Müştərilərə cari və əmanət hesabları açmaq, əməliyyatlar aparmaq və hesabları bağlamaq;
- Bank kartları, təcili pul köçürmələri və bank seyfi üzrə əməliyyatlar aparmaq;
- Pərakəndə bank məhsullarının çarpaz satışını həyata keçirmək;
- Qayda və təlimatlara uyğun olaraq müştərilərin sərəncamlarını icra etmək;
- Bank sənədlərini qanunvericiliyə uyğun tərtib etmək və rəsmiləşdirmək;
- Kredit müraciətlərini qəbul etmək, analiz etmək, sənədləşdirmək və rəsmiləşdirmək;
- Yeni müştərilərin cəlb olunması istiqamətində işin təşkili.
Tələblər
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə arzuolunandır);
- Minimum 1 il müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;
- Azərbaycan dili mükəmməl, Rus və İngilis dili biliyi arzuolunandır;
- MS Office (Word, Excel, Outlook) proqramlarına dair biliklər;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla ünsiyyət qurmaq bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları inkişaf etdirmək həvəsi;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Məsuliyyətlilik və təşəbbüskarlıq.
Vakansiya Haqqında
- Son tarix: Noyabr 3, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
What's Your Reaction?