Yelobank vakansiya: Auditor/Aparıcı Auditor axtarılır.
Yelo Bank ASC-də Auditor/Aparıcı Auditor vakansiyası üçün müraciət edin! Bank sahəsində 2 illik iş təcrübəsi olan, analitik düşüncə qabiliyyətinə malik mütəxəssislər axtarılır.
Təsvir
- Mövcud proseslərin qanunvericilik və bankdaxili qaydalar əsasında təhlili və qeydiyyatının aparılması;
- Cari tariflər və qaydalar üzrə kənarlaşmaların müəyyən olunması və onların səbəblərinin araşdırılması;
- Müvafiq proseslər üzrə risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi;
- Müvafiq proseslər üzrə tətbiq olunmuş nəzarət tədbirlərinin effektivliyinin qiymətləndirilməsi;
- Aparılmış yoxlamalara dair hesabatların hazırlanması;
- DAD fəaliyyətinin qaydalarına uyğun olaraq audit fəaliyyətinin həyata keçirilməsi;
- DAD əməkdaşları və zəruri olduqda Bankın digər əməkdaşları üçün müvafiq mövzularda təlimlərin həyata keçirilməsi;
- Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələrin həyata keçirilməsi;
- DAD Əsasnaməsindən irəli gələn və bu vəzifə öhdəliklərinə zidd olmadan DAD rəhbərinin ona həvalə etmiş olduğu digər işlərin görülməsi.
Tələblər
- Bank sahəsində minimum 2 il iş təcrübəsi;
- Analitik düşünmə qabiliyyəti və riyazi, məntiqi təfəkkür;
- Müvafiq istiqamət üzrə Azərbaycan Respublikasının qanunlarını və bankdaxili normativ sənədləri bilmək;
- MS Office proqramlarında və digər tələb olunan proqramlarda işləmə bacarığı;
- Komanda ilə işləmə bacarığı;
- Ünsiyyət bacarığı;
- Məsuliyyətlilik və özünütənqid qabiliyyəti;
- Yüksək qavrama, öyrənmə və insanları inandırma qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
Vakansiya haqqında
- Son tarix: Noyabr 21, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
Elektron poçtunuzun “mövzu” yerinə “Auditor/Aparıcı Auditor” qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin. Son müraciyət tarixi 21 noyabr 2024 il.
What's Your Reaction?