Bank Respublika vakansiya: Pərakəndə Satışlar departamenti / Pərakəndə biznesin analitikası şöbəsinə təcrübəçi/kiçik mütəxəssis.
Pərakəndə biznesin analitikası üzrə təcrübəçi/kiçik mütəxəssis vakansiyası – SQL, Python, R, Power BI kimi texnologiyalar üzrə biliklər tələb olunur. Bank Respublika ASC-də tam ştat iş imkanı.
Vəzifə Təsviri:
- Böyük verilənlər bazası ilə işləmək və məlumatların emal edilməsi;
- Data analitika layihələrində texniki və funksional tələblərin formalaşdırılması;
- Verilənlər bazasının optimallaşdırılması üzrə təkliflərin verilməsi;
- Müxtəlif məlumat mənbələrindən əldə edilmiş data əsasında analitik hesabatların hazırlanması;
- Statistik təhlillər və modelləşdirmə aparılması, müvafiq testlərin edilməsi.
Tələblər:
- Ali texniki (riyaziyyat, statistika, kompüter elmləri və s.) və ya iqtisadi təhsil;
- Riyazi və statistik təhlil üzrə biliklər;
- Analitik və alqoritm əsaslı düşünmə qabiliyyəti;
- Fərdi və komandada işləmə bacarığı;
- Relyasiyalı verilənlər bazası (RDBMS) üzrə biliklər;
- SQL proqramlaşdırma dili üzrə sorğuların yazılması;
- Python / R dili üzrə əsas funksiya və paketlərlə işləmə bacarığı;
- MS Excel üzrə riyazi və statistik funksiyalarla işləmə bacarığı;
- Power BI, Tableau və ya digər BI alətləri ilə iş təcrübəsi (arzuolunandır).
İş Şərtləri:
- İş növü: Tam ştat
- Vakansiyanın son tarixi: 8 oktyabr 2024
- İş yeri: Bakı, Azərbaycan (21 Xəqani küçəsi)
Pərakəndə Satışlar departamenti / Pərakəndə biznesin analitikası şöbəsinə təcrübəçi/kiçik mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Bank Respublikaya göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 8 oktyabr 2024 il.
What's Your Reaction?