Finca Bank vakansiya: Baş hesabat mütəxəssisi axtarılır.

FINCA Azerbaijan "Senior Reporting Specialist" vakansiyası ilə bağlı elan. Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun hesabatların hazırlanması, auditlərlə əməkdaşlıq və maliyyə analizi sahəsində təcrübəli mütəxəssislər üçün iş imkanı.

Sep 27, 2024 - 11:06
Sep 27, 2024 - 11:09
 0
Finca Bank vakansiya: Baş hesabat mütəxəssisi axtarılır.
Finca Bank vakansiya: Baş hesabat mütəxəssisi axtarılır.

Əsas vəzifələr:

  • Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (IFRS) və Mərkəzi Bankın (CBAR) tələblərinə uyğun olaraq aylıq və illik maliyyə hesabatlarının vaxtında və düzgün hazırlanmasına cavabdehdir.
  • Maliyyə göstəricilərində lazımi düzəlişlər etmək və rəhbərliyin təsdiqi ilə dəyişiklikləri tətbiq etmək.
  • Müştəri məlumatlarını analiz etmək, əsas meylləri izah etməklə rəhbərliyə tövsiyələr hazırlamaq.
  • Call Center və filiallar üçün aylıq zərər və mənfəət (P&L) hesabatlarının hazırlanması.
  • Daxili və xarici auditlərlə, eləcə də CBAR və HQ ilə əlaqə qurmaq.
  • IFRS 9 məlumatlarının düzgünlüyünü təmin etmək və maliyyə hesabatlarına lazımi düzəlişlər daxil etmək.
  • Reporting və SW Komitə üzvü olaraq həftəlik iclaslarda iştirak etmək və hesabatlarla bağlı təkliflər vermək.
  • Lenderlərlə münasibətləri idarə etməkdə rəhbərliyə kömək etmək.
  • Borc faizlərinin aylıq yığımı və lender cədvəllərinin yenilənməsi.

Tələblər:

  • Minimum 5 illik maliyyə və hesabat təcrübəsi.
  • Maliyyə və ya mühasibatlıq üzrə bakalavr dərəcəsi.
  • ACCA və ya CFA üzrə peşəkar sertifikat üstünlükdür.
  • IFRS və yerli mühasibat standartları haqqında ətraflı bilik.
  • SQL biliyi üstünlükdür.
  • Azərbaycan, ingilis dillərində sərbəst danışıq, rus dili bilikləri arzuolunandır.

İmtiyazlar və İş Şərtləri:

  • Tibbi sığorta və həyat sığortasından istifadə imkanı.
  • Peşəkar inkişaf imkanları: təlimlər, sertifikatlar.
  • İş qrafiki: Bazar ertəsi - Cümə günləri, 09:00 - 18:00.

Baş hesabat mütəxəssisi vakansiyası ilə maraqlananlar CV-lərini Finca Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 3 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow