Biogen vakansiya: Nevrologiya üzre qrup meneceri.
Nevrologiya üzrə qrup meneceri vakansiyası! Biogen şirkəti Bakı şəhərində nevrologiya sahəsində 3-5 illik iş təcrübəsi olan namizədləri axtarır. Marketinq strategiyaları, tibbi təqdimatlar və satış hədəfləri ilə bağlı geniş imkanlar sizi gözləyir.
İş barədə məlumat:
- Marketinq strategiyasının müəyyənləşdirilməsi və rəhbərliklə razılaşdırılaraq həyata keçirilməsi.
- Şirkətə aid məhsulların tibb müəssisələrində və apteklərdə həkim və əczaçılara tanıtımının təşkili.
- Həvalə edilmiş bölgə üzrə aylıq, rüblük və illik satış hədəflərinə çatmaq.
- Komanda üzvləri ilə görülən işlərin müzakirəsi, təlimatların verilməsi və seçilmiş strategiyanın tətbiqinə nəzarət.
- Tibbi təqdimatların və dəyirmi masaların təşkilində iştirak.
- Rəhbərliyin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmək.
- Günlük və aylıq hesabatlar vermək.
- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə.
- Stabil əmək haqqı və mükafatlar. Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıq səviyyəsinə əsasən (1000-1500 AZN).
- İş rejimi: I - V günlər 09:00-dan-18:00-dək.
- Vakansiya yalnız Bakı şəhəri üçün nəzərdə tutulur.
Namizədə tələblər:
- Yaş həddi: 25-45.
- Cins: Bəy və Xanım namizəd.
- Ali və ya orta təhsil (tibbi təhsil).
- Nevrologiya sahəsində minimum 3-5 il uğurlu iş təcrübəsi.
- Məsuliyyətli, punktual, ünsiyyət bacarıqları yüksək, məqsədəyönlü, idarə etmə və analitik bacarıqları olan.
- Səlis və aydın nitq, sistemli təqdimat bacarığı.
- Hərəkətli iş rejimində və kollektivdə işləmə bacarığı.
Bu vakansiya ilə maraqlanan və yuxarıdakı tələblərə cavab verən şəxslər öz CV-lərini "Qrup meneceri" mövzusu ilə [email protected] ünvanına göndərə bilər.
What's Your Reaction?