Code Academy vakansiya: Təhsil layihələrində tələbələrlə iş üzrə təcrübəçi.
Code Academy-də Təhsil layihələri üzrə Təcrübəçi vakansiyası. Tələbələrlə iş təcrübəsi qazanın və gələcəkdə Code Academy-də karyera qurma şansı əldə edin. Daha ətraflı məlumat və müraciət üçün elanımızı oxuyun.
Təsvir
Bu ödənişli proqramda iştirak edərək, siz təcrübə dövrü ərzində aşağıdakı istiqamətlər üzrə təcrübə qazanacaqsınız:
- Tələbələrlə birbaşa iş və layihənin əsas tərkib hissəsi ilə bağlı fəaliyyətlər
- Layihədən məsul rəhbər şəxslərin və koordinatorların işlərinin müşahidəsi və prosedurların icrasına dəstək
- Layihə çərçivəsində proseslərin keyfiyyətinin yoxlanılması və vəziyyətin qiymətləndirilməsi
- Nəticələrə uyğun hesabatların hazırlanması proseslərində iştirak
Sizdən Gözləntilər
- Öyrənməyə həvəs, güclü komanda ruhu və effektiv problem həll etmə bacarığı
- İşlərin düzgün planlaşdırılması və sürətli adaptasiya
Tələblər
- Təhsil istiqaməti: Təhsil Menecmenti, İdarəetmə və Təşkilatçılıq, Kommunikasiya və Media, Layihə İdarəetməsi, Sosial İş
- İş təcrübəsi: 1 il təhsil və tələbə xidmətləri sahəsində təcrübə, könüllü layihələrdə iş arzuolunandır
- Texniki bacarıqlar: Microsoft Office Suite, Google Workspace, layihə idarəetmə proqramları, LMS platformaları, online kommunikasiya alətləri
- Xarici dil bilikləri: İngilis dili arzuolunandır
- Səriştələr: Effektiv ünsiyyət, təşkilatçılıq, problem həll etmə, planlaşdırma və koordinasiya, vaxt idarəetməsi
Təhsil layihələrində tələbələrlə iş üzrə təcrübəçi vakansiyası ilə maraqlananlar CV-lərini Code Academy-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 19 sentyabr 2024 il.
What's Your Reaction?