Kontakt Home vakansiya: İnsan resurslarının idarə edilməsi və təlim departamentinin direktoru.

Kontakt Home, İnsan Resurslarının İdarə Edilməsi və Təlim Departamentinin Direktoru vəzifəsi üçün mütəxəssis axtarır. 7 illik iş təcrübəsi olan, liderlik bacarıqlarına malik namizədlər müraciət edə bilər. Əmək haqqı 6000 - 7000 AZN. Müraciət tarixini qaçırmayın!

Oct 31, 2024 - 13:21
Oct 31, 2024 - 13:22
 0
Kontakt Home vakansiya: İnsan resurslarının idarə edilməsi və təlim departamentinin direktoru.
Kontakt Home vakansiya: İnsan resurslarının idarə edilməsi və təlim departamentinin direktoru.

Vəzifələrin Təsviri:

  • İnsan resursları və təlim departamentinin işinin təşkili.
  • İnsan resurslarının planlaşdırılması və idarə olunması.
  • Şirkətin strateji hədəflərinə xidmət edən əməliyyat planlarının icrasının təmin olunması.
  • İşə qəbul prosesinin təşkili və ona nəzarət.
  • İşə qəbul və adaptasiya planının hazırlanması, adaptasiya tədbirlərinin təmin olunması.
  • İnsan resursları inzibatçılığı və rəsmiləşdirmə işlərinin təşkili.
  • Prosedur və qaydaların hazırlanması və inkişafı.
  • Əməyin qiymətləndirilməsi prosesinin təşkili və idarə olunması.
  • Təlim ehtiyaclarının müəyyən edilməsi və işçilər üçün inkişaf proqramlarının hazırlanması.
  • Daxili və xarici təlimlərin təşkil olunmasına nəzarət.
  • İşçi məmnuniyyətinin ölçülməsi və müvafiq təkliflərin hazırlanması.
  • Həvəsləndirmə və mükafatlandırma sisteminin inkişafı.
  • Şikayət, təklif və müraciətlərin araşdırılması.
  • İntizam proseslərinin idarə olunması.
  • İR üzrə audit işlərinin həyata keçirilməsi.
  • İnsan resursları üzrə müxtəlif hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
  • İnsan resurslarının inkişafı üzrə təkliflərin hazırlanması.
  • Potensial risklərin müəyyən edilməsi və aradan qaldırılması.

Tələblər:

  • Ali təhsil.
  • İnsan resursları sahəsində ən azı 7 il iş təcrübəsi, o cümlədən bu sahədə rəhbər vəzifəsində minimum 3 il iş stajı.
  • AR əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli.
  • İnsan resurslarının funksiyaları, standartları və prosedurları haqqında yüksək biliyə malik olmalı.
  • Azərbaycan dilini əla səviyyədə bilməli, rus dilini bilməsi arzuolunandır.
  • MS Office proqramlarını, xüsusilə Excel proqramını yaxşı səviyyədə bilməli.
  • İR proqram təminatları ilə işləmə təcrübəsi arzuolunandır.

Şəxsi Keyfiyyətlər:

  • Liderlik xüsusiyyətləri.
  • Təşkilatçılıq bacarığı.
  • Gərgin iş şəraitində işləmək bacarığı.
  • Analitik düşünmə qabiliyyəti.
  • Diqqətli və məsuliyyətli.

Vakansiya Haqqında:

  • Son tarix: 10 dekabr 2024
  • Vakansiya növü: Tam ştat
  • Əmək haqqı: 6000 - 7000 AZN
  • Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow