Expressbank vakansiya: Biznes bankçılıq departamenti/Fondlarla iş və məhsulların təkmilləşdirilməsi şöbəsi/ mütəxəssis
Expressbank ASC-də maliyyə institutları ilə işgüzar əməkdaşlıq əlaqələrinin qurulması üçün mütəxəssis vakansiyası.
Vəzifələr:
- Maliyyə institutları və fondlar ilə Bank arasında işgüzar əməkdaşlıq əlaqələrinin qurulması üçün zəruri tədbirləri həyata keçirmək;
- Fondlardan cəlb olunmuş vəsait üzrə kredit sifarişlərinin təhlili və müvafiq qaydaya uyğunluğu barədə şifahi rəy vermək;
- Fondlar tərəfindən təqdim olunmuş zəruri informasiyanı elektron sistemlərə daxil etmək;
- Fondlardan cəlb olunmuş vəsaitlər üzrə aparılan ödəniş əməliyyatlarına nəzarət etmək və ödənişlərin həyata keçirilməsi üçün zəruri sənədləri hazırlayıb aidiyyatı strukturlara təqdim etmək.
Tələblər:
- Ali təhsil, bank sistemində 2 il iş təcrübəsi;
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
- Rus və İngilis dili baza səviyyəsində bilmək.
Əlavə Məlumat
- Son tarix: Oktyabr 22, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
- İmtiyazlar: Tibbi sığorta; bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər; professional və maddi inkişaf perspektivləri; peşəkar korporativ mühitdə işləmək imkanı.
Biznes bankçılıq departamenti/Fondlarla iş və məhsulların təkmilləşdirilməsi şöbəsi/ mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini ExpressBank-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 22 oktyabr 2024 il.
What's Your Reaction?