Tabaterra vakansiya: İnventor uçotu üzrə mühasib.

Tabaterra MMC, "İnventor uçotu üzrə mühasib" vakansiyasını elan edir. Bu vəzifə, mühasibat uçotu, analitik qabiliyyətlər və anbar idarəetməsi sahəsində peşəkar təcrübə qazanmaq üçün ideal bir fürsətdir.

Sep 23, 2024 - 13:05
Sep 23, 2024 - 13:08
 0
Tabaterra vakansiya: İnventor uçotu üzrə mühasib.
Tabaterra vakansiya: İnventor uçotu üzrə mühasib.

Vəzifələr:

  • Anbar fəaliyyətinin müəssisənin uçot siyasətinə uyğun formalaşdırılması və daimi nəzarətdə saxlanılması.
  • Mühasibat uçotu proqramında anbara daxil olan mədaxil və məxaric əməliyyatlarının təmin edilməsi və nəzarətdə saxlanılması.
  • Müxtəlif materialların və qiymətlilərin (yanacaq, xammal, yarımfabrikatlar, hazır məhsullar, ehtiyat hissələri, alətlər, əşyalar və s.) qəbulu, saxlanması və təhvil verilməsi ilə bağlı sənədlərin və faktların anbardar tərəfindən yoxlanılması.
  • Qəbul edilmiş qiymətli kağızların sənədlərə uyğunluğunu yoxlamaq.
  • Bütün qiymətlilərin növlərinə, kateqoriyalarına və təyinatlarına görə qruplaşdırılması və idarə olunması üçün analitik və texniki təkliflər irəli sürmək və onların tətbiqinin səmərəliliyini ölçmək.
  • Qüsurlu alətlər, qurğular və s. üçün qüsur cədvəllərini təqdim etmək, onların təmiri, çıxarılması, habelə materialların çatışmazlığı və zədələnməsi ilə bağlı icra sənədlərinin tərtib edilməsi.
  • İnventarlaşdırmada iştirak etmək.

Tələblər:

  • Ali təhsil - Maliyyə və Mühasibatlıq, İqtisadiyyat və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi.
  • Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi.
  • Əla səviyyədə Azərbaycan dili, İngilis dili arzuolunandır.
  • MS Office proqramları, SAP.
  • Riyazi hesablama bacarıqları.
  • Analitik qabiliyyət.

İnventor uçotu üzrə mühasib vakansiyası ilə maraqlananlar CV-lərini Tabaterraya göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 14 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow