AQA Şirkətlər Qrupu vakansiya: Anbardar köməkçisi.

AQA Şirkətlər Qrupu Music Gallery brendinə aid elektronika mağazasında Anbardar Köməkçisi vakansiyası elan edir. Anbardar köməkçisi vəzifəsi üzrə iş öhdəlikləri, tələblər və əmək haqqı ilə tanış olun.

Sep 12, 2024 - 11:47
Sep 12, 2024 - 11:55
 0
AQA Şirkətlər Qrupu vakansiya: Anbardar köməkçisi.
AQA Şirkətlər Qrupu vakansiya: Anbardar köməkçisi.

Vəzifə öhdəlikləri:

  • Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərinin yerinə yetirilməsi.
  • Yükləri anbara qəbul edərkən, yüklərin faktiki miqdarının, eləcə də məhsulun vəziyyətinin yoxlanılması.
  • Anbara verilən sorğuların vaxtı-vaxtında və tam şəkildə cavablandırılması.
  • Avadanlıqların sayının sənədlə düzgün olduğunu yoxlanması və hər hansı fərq yaranarsa müvafiq şəxslərə məlumat verilməsi.
  • Avadanlıqların düzgün yüklənməsinin təmin edilməsi.
  • Avadanlıq itkilərinin qarşısını almaq məqsədi ilə mühafizəsinin təşkili və təmin olunması, anbarda saxladığı avadanlıqlara cavabdehliyin olması.
  • Gördüyü işlər barəsində hesabatların vaxtında və düzgün formada təqdim olunması.

Əlavə məlumat:

  • İş qrafiki: 6 günlük iş qrafiki (növbəli)
  • Tələblər:
    • Ali və ya orta təhsil
    • Yüksək səviyyədə azərbaycan, orta səviyyədə rus dili biliyi
    • Aktiv, çevik, məsuliyyətli olmaq

Anbardar köməkçisi vakansiyası ilə maraqlananlar CV-lərini AQA Şirkətlər Qrupuna  göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 24 sentyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow