Paşa Bank vakansiya: KOS Müştərilərə Dəstək üzrə Kiçik Mütəxəssis.

Paşa Bank KOS Müştərilərə Dəstək üzrə Kiçik Mütəxəssis vakansiyası üçün işçi axtarır. Sənəd idarəetməsi, maliyyə arayışları, müştəri məlumatlarının qorunması və daha çox sahələrdə fəaliyyət göstərəcək mütəxəssisə ehtiyac var.

Sep 12, 2024 - 11:57
Sep 12, 2024 - 12:00
 0
Paşa Bank vakansiya: KOS Müştərilərə Dəstək üzrə Kiçik Mütəxəssis.
Paşa Bank vakansiya: KOS Müştərilərə Dəstək üzrə Kiçik Mütəxəssis.

İşiniz nədən ibarətdir?

  • Sənədlərlə iş: Müvafiq proqram təminatında sənədlərin qeydiyyata alınması, kağız daşıyıcıda təqdim olunan məktubların qəbul edilməsi və qeydiyyatı, məktubların göndərilməsi, vəzifə sahəsində sənədlərin düzgün tərtib edilməsi və təqdim edilməsi.
  • Maliyyə arayışlarının icrası: Maliyyə arayışlarının hazırlanması, çap edilməsi və müştəriyə təqdim olunması.
  • Daxil olan zənglərin və sorğuların icra olunması, bankın komplayns tələblərinə uyğun əməliyyatların həyata keçirilməsi.
  • Dəftərxana ləvazimatlarının sifariş edilməsi və ehtiyac sayına əsasən nəzarət edilməsi.
  • Müştəri məlumatlarının məxfiliyinin qorunması, müvafiq prosedurların dəqiq icrası və şübhəli əməliyyatların aşkarlanması.

Tələblər:

  • Təhsil: İqtisadiyyat və buna uyğun sahələr üzrə bakalavr təhsili.
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 0-1 il.
  • Xarici dillər: İngilis dili (orta səviyyədə), Rus dili (yüksək), Azərbaycan dili (yüksək səviyyədə).
  • Kompüter bilikləri: Microsoft Office (Excel, Word).
  • Başqa tələblər: Hesabat hazırlama bacarığı, ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.

KOS Müştərilərə Dəstək üzrə Kiçik Mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Paşa Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 29 sentyabr 2024 il. 

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow