Facility Management Group vakansiya: Mexanika işləri üzrə sahə nəzarətçisi.
Facility Management Group Bakı, Azərbaycanda Mexanika İşləri üzrə Sahə Nəzarətçisi axtarır. Müvafiq sahədə 5 il iş təcrübəsi, ali təhsil, AutoCAD biliyi tələb olunur.
Təsvir
- Mexanika işləri üzrə texniki tapşırıqların hazırlanması;
- Mexanika işləri üzrə layihə sənədlərinin hazırlanmasında iştirak etmək;
- BOQ-nun hazırlanması;
- Tender sənədlərinin hazırlanması;
- Tikinti sahəsinin vəziyyətinin yoxlanılması;
- Mexanika layihələrini layihəçi və sifarişçi ilə müzakirə etmək;
- Mexanika işləri üzrə sifarişçinin işinin keyfiyyətinə nəzarət etmək;
- Mexanika işlərinin planlamasının hazırlanması;
- Layihəyə uyğun işlərin görülməsinə ümumi nəzarət;
- Binaların təhvil-təslim edilməsi;
- Texniki rəylərin verilməsi;
- Binalara texniki baxımın edilməsi;
- Layihə inkişafı toplantılarına hazırlıq və iştirak etmək;
- Kənar şirkətlərin təkliflərinin incələnməsi;
- Test paketlərinin hazırlanması;
- Material siyahısının hazırlanması;
- Siyahı əsasında materialların sifariş edilməsi;
- Materialların vaxtında çatdırılmasına nəzarət.
Tələblər
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Müvafiq sahədə ali təhsil;
- MS Office proqramları və AutoCAD biliyi;
- Məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.
Vakansiya Haqqında
Son tarix: Oktyabr 30, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Tikinti və daşınmaz əmlak
What's Your Reaction?