Maybo Calibration vakansiya: Keyfiyyətə nəzarət üzrə Menecer axtarılır.
Maybo Calibration MMC, Bakı şəhərində keyfiyyətə nəzarət üzrə menecer axtarır.Ali təhsil və 3 illik iş təcrübəsi olan xanım namizədlər müraciət edə bilər.
İşin Təsviri:
- Detalları görmək və qüsurları aşkarlamaq
- Şirkət rəhbərliyinin aldığı qərarları həyata keçirmək, keyfiyyət sisteminin işləməsi və performansı mövzusunda rəhbərliyə təkliflər vermək
- Keyfiyyət fəaliyyətlərinin planlanması, koordinasiyası və inkişaf etdirilməsini təmin etmək
- Keyfiyyət idarəetmə sistemləri (İSO 9001, İSO 14001, İSO 17020, İSO 45001, İSO 17025) və keyfiyyətə nəzarət standartları üzrə işləmə təcrübəsi
- İSO 17025:2020 Keyfiyyət idarəetmə sisteminin sənədlərini, Keyfiyyət üzrə Rəhbərlik Sənədini hazırlamaq, paylaşmaq və davamlı yeniləmək, prosedur, vəzifə və iş təlimatları, formlar, siyahılar, validasiya və qeyri-müəyyənlik hesabatları və aktlar hazırlamaq və tətbiqini həyata keçirmək
- Referans materiallar siyahısı hazırlamaq və daim nəzarət etmək, bunlar əsasında nəzarət qrafikləri qurmaq və daim nəzarət etmək
- Keyfiyyəti idarəetmənin müxtəlif mərhələlərində iştirak etmək
- İstehsal prosesinin müxtəlif mərhələsində risklərin idarə olunmasında iştirak etmək və təkliflər vermək
- Keyfiyyətə nəzarət sahəsində uyğunsuzluqların idarə olunması prosesində iştirak etmək
- Qanun və qaydalar ilə əlaqədar yeni çıxan dəyişiklikləri gündəlik olaraq izləmək, bunlar haqqında işçilərə məlumat vermək
Tələb olunan Kriteriyalar:
- Təhsil: Ali
- İş təcrübəsi: 1 ildən 3 ilə qədər
- Yaş: 25 - 45
- Cins: Xanım namizəd
- Standartlaşdırma və Metrologiya ixtisası üzrə Ali təhsil
- Keyfiyyətə nəzarət üzrə mütəxəssis olaraq ən az 3 il (fasiləsiz) iş təcrübəsi
- Keyfiyyətə nəzarət prosedurları və ISO standartları (İSO 9001, İSO 14001, İSO 17020, İSO 45001, İSO 17025) üzrə biliklər və təcrübə
- Yenilikçi, aktiv və komandada işləmək bacarığına malik olmalı
- Analitik düşünmə qabiliyyəti
Əlaqə Məlumatları:
- Şirkət: Maybo Calibration MMC
- Əmək haqqı: 1000 - 1200 AZN
- Şəhər: Bakı
- Əlaqə şəxsi: Zərifə xanım
- Telefon: (051) 225-48-05
- E-poçt: [email protected]
What's Your Reaction?