İTV vakansiya: Montaj rejissoru.

Müraciət etməyə tələsin və montaj rejissoru kimi bu maraqlı və dinamik rolda iştirak etmə şansını qaçırmayın!

Sep 11, 2024 - 12:34
Sep 11, 2024 - 12:37
 0
İTV vakansiya: Montaj rejissoru.
İTV vakansiya: Montaj rejissoru.

İş təsviri:
İctimai Televiziya və Radio Yayımları Şirkəti montaj rejissoru vakansiyası üçün axtarışa çıxarır. Montaj rejissoru olaraq, siz bədii və texniki montaj keyfiyyətini təmin edəcək, təqdim olunan materialları yoxlayacaq, dublajların defektlərini aşkara çıxaracaqsınız. İşinizə montajın operativ hazırlanmasını təmin etmək, musiqi aksentlərinin sinxronlaşdırılması üçün fonoqrama formasında gedən süjetlərdə kənarlaşmalar barədə rəhbərliyə məlumat vermək və bütün səs materiallarının montajını həyata keçirmək daxildir. Əlavə olaraq, mürəkkəb montaj texnikası və kompüterdə işlər görmək sizin məsuliyyətinizdə olacaq.

Tələblər:

  • Ali təhsil
  • Müvafiq sahə üzrə 5 il əmək stajı
  • TV verilişlərin, reklam və sosial çarxların peşəkar montajını bacarmaq
  • Montajın edilməsi üzrə təlimat və normaları bilməli
  • Texniki vasitələrin və montaj avadanlığının növlərini bilməli
  • Problem həll etmə bacarığı
  • Sahə ilə bağlı yenilikləri bilmək

Montaj rejissoru vakansiyası ilə maraqlananlar CV-lərini İTV-yə göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 21 sentyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow