İTV vakansiya: Müxbir axtarılır.
İctimai Televiziya və Radio Yayımları Şirkətində müxbir vakansiyası. Təcrübəli müxbir axtarılır! Kütləvi informasiya vasitələri sahəsində təcrübə, Adobe Premiere bacarığı və yüksək ünsiyyət bacarığı tələb olunur. Müxbir vakansiyası, İctimai Televiziya ilə əməkdaşlıq imkanı.
Vəzifə Öhdəlikləri:
- Qanunvericilik və redaksiyanın müəyyən etdiyi iş qrafiki ilə işləmək;
- Redaksiyanın tapşırığına əsasən kadrın hazırlanması: tapşırılmış mövzu üzrə mətn yazılması, videonun yığılması və yoxlanması üçün təqdim edilməsi;
- Kadr+sinxron hazırlığı: mövzu üzrə sinxronun hazırlanması, video yığımı və yoxlanılması üçün təqdim olunması;
- Video materialların hazırlanması və montaj prosesində qrafist və montajçı ilə birlikdə işin müasir vasitələrlə təmin olunması (xəritə, infodiaqram və digər qrafik həllər);
- Müxbir, çəkilişdən efirə və sosial şəbəkələrə canlı bağlantılar həyata keçirəcək;
- Canlı yayım zamanı səsləndirilən fikirlərə görə birbaşa məsuliyyət daşıyır və müsahibənin düzgün seçilməsinə diqqət yetirir;
- İTV-nin efirində yayımlanmamış xam materialların paylaşılması və üçüncü şəxslərə ötürülməsi qadağandır;
- İTV-nin sosial şəbəkələrində yayımlanan məzmunlardan yalnız rəsmi səhifələrdən istifadə edərək paylaşım edə bilər;
- Gündəm və işlədiyi struktur bölməsinin fəaliyyət istiqamətinə uyğun mövzular təklif etmək.
Tələblər:
- Müxbir və ya müvafiq sahədə ən azı 6 aylıq iş təcrübəsi;
- Adobe Premiere proqramında işləmə bacarığı;
- Kamera qarşısında işləmə təcrübəsi;
- Geniş araşdırma bacarığı və mövzuya dair ətraflı məlumat toplama qabiliyyəti;
- Yüksək ünsiyyət bacarıqları və təqdimat qabiliyyəti;
- Azərbaycan dilində mükəmməl ifadə etmə bacarığı və düzgün tələffüz;
- Danışıqlar aparmaq bacarığı və efirə uyğun şəkildə özünü təqdim etmə qabiliyyəti.
İş Şərtləri:
- Şirkət: İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV)
- Yerləşmə: Abbas Mirzə Şərifzadə küçəsi, Bakı, Azərbaycan
- İş növü: Tam ştat
- Son müraciət tarixi: Dekabr 30, 2024
What's Your Reaction?