Unibank vakansiya: Biznes araşdırmaları üzrə baş mütəxəssis.
Unibank Kommersiya Bankı, beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq, analitik düşünmə və müstəqil işləmək bacarığına sahib biznes araşdırmaları üzrə baş mütəxəssis axtarır. Ətraflı məlumat və müraciət üçün vakansiya elanına baxın.
İşin Təsviri
Biznes araşdırmaları üzrə baş mütəxəssis olaraq, əsas vəzifələriniz aşağıdakılardır:
- Beynalxalq ödəniş sistemləri ilə əməkdaşlığın inkişafını təmin etmək və yeni layihələrin müəyyənləşdirilməsi;
- Beynalxalq ödəniş sistemləri üzrə aylıq və rüblük invoysların təhlilini aparmaq və təkliflər hazırlamaq;
- İşgüzar yazışmalar aparmaq və beynəlxalq ödəniş sistemləri ilə əlaqələri idarə etmək;
- Bank kartlarının xərc və gəlir tərəflərinin müəyyənləşdirilməsi, hesablanması və nəzarətini həyata keçirmək;
- Bank kartlarının qalığını və dövriyyələrini idarə etmək, proqnozlaşdırmaq;
- Müstəqil işləməyi bacaran, həmçinin komanda ilə əməkdaşlıq qurma qabiliyyəti olan bir şəxs olmalısınız.
Namizədə Tələblər
Aşağıdakı tələblər baş mütəxəssis vəzifəsi üçün vacibdir:
- Beynalxalq ödəniş sistemləri ilə iş təcrübəsi;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı (Oracle SQL proqramları ilə iş təcrübəsi arzuolunandır);
- Azərbaycan və rus dillərini bilməli, ingilis dili bilikləri əlavə üstünlükdür;
- Analitik düşünmə və təhlil qabiliyyəti, böyük verilənlər bazalarını hazırlamaq, təhlil və şərh etmək bacarığı;
- Ünsiyyətcil, təşəbbüskar, aktiv və komandada işləmə bacarığı;
- Kreativ ideyalar hazırlama qabiliyyəti;
- Sahə üzrə sertifikatların olması arzuolunandır.
Vakansiya Haqqında
- Son müraciət tarixi: 24 dekabr, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə
What's Your Reaction?