Karaca vakansiya: Stok Meneceri axtarılır.
Stok meneceri vakansiyası ilə bağlı ətraflı məlumat. 800-1000 AZN əmək haqqı, Bakı şəhərində çalışma imkanı. Ali təhsil və ofis proqramlarında bacarıq tələbi. İndi müraciət edin!
Vəzifə Təsviri
- Stokun gündəlik yoxlanılması və stoka nəzarət edilməsi.
- Anbardan malların giriş və çıxışına nəzarət edilməsi.
- Sayım prosesinə nəzarət etmək.
- Sayım nəticələrinin analiz edilməsi.
- Mal stokunun dövriyyəsinə nəzarət etmək.
- İdxal əməliyyatlarına nəzarət.
- Mağaza stoklarına və satışlarına əsasən tədarükçülərə sifarişlərin hazırlanması.
- Mağazalarımızın mərkəzə daxil olan malların qəbulu, transferi, uçotu və çıxarılması işlərini yerinə yetirmək.
- Anbarda olan malların növlərinə görə səliqə ilə yığılmasını təşkil etmək.
- Məsuliyyətində olan anbarın təmiz, səliqəli və nizamlı olmasına nəzarət etmək.
- Anbarda olan malların təhlükəsizliyinə görə cavabdeh olmaq.
- Stok sayına nəzarət etmək, bitmək üzrə olan mal-materiallar barədə vaxtında təchizat şöbəsinə məlumat vermək.
- Mədaxil-məxaric proseslərini düzgün icra etmək və sənədləşdirmək.
- Müvafiq hesabatları hazırlamaq və vaxtında təqdim etmək.
- İş gününün əvvəlində və sonunda stok təftişini etmək, məlumatları müdiriyyətə bildirmək.
- Hesabatları təsdiq etmək, material və ya məhsulların paylaşdırılmasına nəzarət etmək.
- Məhsulların göndərilməsi barədə kompüter vasitəsilə logo proqramında müvafiq əməliyyatları aparmaq.
- Transfer edilən məhsulun qeydiyyat sənədlərini yoxlamaq və düzgün olmasını təsdiq etmək.
- Sayım sistemlər üzrə hesabatların hazırlanmasına nəzarət etmək və sayım hesabatları təhlil etmək.
- AR Əmək məcəlləsinə uyğun sənədləşmə.
Namizədə Tələblər
- Ali təhsil (İqtisadiyyat, menecment, maliyyə və audit) – Universiteti yeni bitirmiş şəxslərə üstünlük veriləcək.
- Ofis proqramlarında iş bacarığı.
- Dəqiqlik, nəzarət etmə bacarığı, məsuliyyətlilik.
İş Şəraiti
- Maaş: 800 - 1000 AZN
- Yaş həddi: 20 - 30 yaş
- Şəhər: Bakı
- İş təcrübəsi: 1 ildən aşağı
Müraciət Üçün:
Əlaqədar şəxs: İR
Telefon: (077) 324-25-15
E-mail: hr@krc.az
Bitmə tarixi: 08 Noyabr 2024
What's Your Reaction?