Kontakt Home vakansiya: Gömrük əməliyyatları üzrə mütəxəssis axtarılır.
Gömrük əməliyyatları üzrə mütəxəssis vakansiyası Bakı, Azərbaycan şəhərində yerləşən Kontakt Home şirkətində açıqdır. Gömrük əməliyyatları, idxal və ixrac bəyannamələrinin düzgünlüyü, e-gov.az portalı, və digər gömrük əməliyyatları ilə bağlı işlərdə təcrübəli mütəxəssis axtarılır.
Vəzifə Öhdəlikləri:
- Beynəlxalq daşınmalar və idxal-ixrac əməliyyatları üzrə göndərilən yük sənədlərinin düzgünlüyünü yoxlamaq və gömrükləməyə hazırlamaq;
- Gömrük idxal və ixrac bəyannamələrinin düzgünlüyünü yoxlamaq və vaxtında rəsmiləşdirilməsini həyata keçirmək;
- E-gov.az portalından yüklərin sərhəd keçidini izləmək, barkodların müvafiq olaraq işlənməsini təmin etmək;
- Bakı Baş Gömrük İdarəsi tərəfindən geri qaytarılan və uyğunsuzluq aşkarlanan bəyannamələrin səbəbini araşdıraraq problemi aradan qaldırmaq;
- Zərurət yaranarsa, terminallardan yüklərin çıxarılmasını və anbara təhvil verilməsini təmin etmək;
- Bölmə rəhbərinin tapşırıqlarına uyğun olaraq işə aid digər əməliyyatların icrasını və hesabatların hazırlanmasını təmin etmək.
İş Şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan dili (əla), Rus və İngilis dillərində orta səviyyədə bilik;
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi arzuolunandır;
- Gömrük qanunvericiliyi sahəsində nəzəri biliklərə malik olmaq;
- İdxal və ixrac prosesi, logistik və broker əməliyyatları haqqında ümumi anlayışa malik olmaq;
- Incoterms (2010/2020) bilikləri;
- Microsoft Office proqramlarını bilməli.
Vakansiya Haqqında:
- Son müraciət tarixi: Oktyabr 29, 2024
- Vakansiya növü: Tam ştat
- Əmək haqqı: 1100 - 1300 AZN
- Kateqoriya: Logistika və nəqliyyat
Gömrük əməliyyatları üzrə mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Kontakt Home göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 29 oktyabr 2024 il.
What's Your Reaction?