Kontakt Home vakansiya: İnsan resursları əməliyyatları üzrə mütəxəssis.
Kontakt Home-da İnsan Resursları Əməliyyatları üzrə Mütəxəssis axtarılır. Ali təhsil və 2 ildən artıq iş təcrübəsi olan mütəxəssislər müraciət edə bilər.
Əsas vəzifələr:
- İşə başlayacaq işçilərin işə giriş təlimatı və əməyin mühafizəsi şərtləri ilə tanış olunması
- İşçilərin maaş kartlarının alınması üçün banka müraciət formalarının hazırlanması, yenilənməsi və müddətinin uzadılması
- İşdən çıxma prosedurlarının təşkili, işdən çıxış səbəblərinin araşdırılması, ərizənin alınması, işdən çıxış aktının imzalanması
- Kadr əmrlərin hazırlanması (işdən azad, işə qəbul, əmək məzuniyyəti, vəzifə/şöbə/maaş dəyişiklikləri)
- Əmək kitabçalarının doldurulması və qeydiyyatı
- Ezamiyyət vərəqələrinin hazırlanması
- Aylıq əmrlərin imza-möhür işlərinin yerinə yetirilməsi və aylıq hesabatların hazırlanması
Tələblər:
- Ali təhsil (psixologiya, sosiologiya, hüquq, insan resursları, menecment kimi sahələrdə arzu olunandır)
- İnsan resursları sahəsində 2 ildən artıq iş təcrübəsi (retail sahəsində təcrübə üstünlükdür)
- Yaxşı səviyyədə 1C (8.2: 8.3) bilikləri
- Yaxşı səviyyədə MS Excel bilikləri
- Səlis azərbaycan dili, rus dili biliyi üstünlükdür
- Yüksək səviyyədə Azərbaycan Respublikası Əmək Məcəlləsi bilikləri
- Elektron Hökümət Portalları ilə işləmə bacarığı
- Kadr kargüzarlığının aparılmasına dair biliklər
- Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı
- Komandada işləmək bacarığı
İş Şəraiti:
- İş rejimi: I-V günlər, 09:00-18:00
İnsan resursları əməliyyatları üzrə mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Kontakt Home göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 21 sentyabr 2024 il.
What's Your Reaction?