Meqa Sığorta vakansiya: Əməliyyat şöbəsinin Mütəxəssisi.

Meqa Sığorta ASC əməliyyat şöbəsinə mütəxəssis axtarır. Əgər siz sığorta hadisələrinin tənzimlənməsi üzrə təcrübəyə sahibsinizsə və mükəmməl kommunikasiya bacarığınız varsa, CV-nizi göndərin.

Sep 6, 2024 - 12:06
Sep 6, 2024 - 12:09
 0
Meqa Sığorta vakansiya: Əməliyyat şöbəsinin Mütəxəssisi.
Meqa Sığorta vakansiya: Əməliyyat şöbəsinin Mütəxəssisi.

Namizədlərə olan tələblər:

  • Təhsil: Ali təhsil.
  • Qanunvericilik bilikləri: Mülki Məcəllənin 50 fəsli və İcbari sığortalar haqqında qanun.
  • İş təcrübəsi: Sığorta hadisələrinin tənzimlənməsi üzrə əməliyyat işlərində minimum 1 il.
  • Kompüter bacarıqları: Microsoft Office Word və Excel – sərbəst istifadəçi.
  • Dil bilikləri: Azərbaycan və rus dillərində ünsiyyət saxlaya bilmək (arzuolunandır).
  • Şəxsi keyfiyyətlər və bacarıqlar: Təhlil etmə, yazılı və şifahi kommunikasiya, komanda ilə işləmək bacarığı, operativlik, intizamlılıq, dəqiqlik və məsuliyyət.

Əsas vəzifə öhdəlikləri:

  • Baş vermiş sığorta hadisəsini sənəd üzərindən araşdırmaq.
  • Sığorta hadisəsi ilə bağlı sığortalı və zərərçəkənlərlə əlaqə yaratmaq, fikirlərini dinləmək, suallarını cavablandırmaq, prosesi izah etmək.
  • Müştəri məmnuniyyətini qorumaq.
  • Sığorta hadisəsi sənədlərini ödənişə hazırlamaq, proqrama işləmək və elektron qaydada arxivləşdirmək.
  • Gündəlik olaraq sığorta hadisələrinin uçotunu aparmaq.
  • Vəzifə təlimatından irəli gələn digər işləri həyata keçirmək.

Əmək şəraitinin şərtləri:

  • Əmək haqqı: Namizədin təcrübə və səriştəsinə uyğun olaraq müəyyən olunur.
  • İş vaxtı: 09:00-dan 18:00-dək olmaqla 5 günlük iş həftəsi.
  • Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə uyğun olaraq işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.
  • Tibbi sığorta: Təmin edilir.
  • Fitnes mərkəzləri: Push30.az xidmətinə qoşulma imkanı.
  • Təlim imkanı: “Meqa Sığorta” ASC-nin Təlim Akademiyasında təlim almaq imkanı.

Zəhmət olmasa, CV-nizi mövzu bölməsində “Əməliyyat - Mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaqdır.Son müraciyət tarixi 2 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow