Azərpambıq vakansiya: İnsan Resursları üzrə mütəxəssis (Data analitik).

Azərpambıq ASK MMC İnsan Resursları üzrə mütəxəssis (data analitik) vakansiyası üçün təcrübəli mütəxəssis axtarır. Əgər siz analitik düşünmə bacarığına sahibsinizsə və İR data analitikası sahəsində təcrübəniz varsa, bu rol sizə uyğundur.

Sep 9, 2024 - 12:22
Sep 9, 2024 - 12:26
 0
Azərpambıq vakansiya: İnsan Resursları üzrə mütəxəssis (Data analitik).
Azərpambıq vakansiya: İnsan Resursları üzrə mütəxəssis (Data analitik).

Təsvir

  • İşçilərin tabel uçotunu aparmaq və onların işə davamiyyətinə nəzarət etmək.
  • İnsan resursları şöbəsinin bütün kadr əməliyyatları üzrə hesabatları hazırlamaq.
  • İnsan resursları ilə bağlı bütün növ məlumatları və hesabatları təhlil etmək.
  • İnsan resursları ilə bağlı dəyişikliklər və təkmilləşmələr üzrə təhlillər aparmaq.
  • Məlumatlarda və hesabatlarda boşluqları aşkar etmək, düzəlişləri tətbiq etmək və çatışmazlıqların həlləri ilə bağlı təkliflər vermək.
  • Mövcud daxili datanın kənar statistik məlumatlar və meyarlarla müqayisə etmək.
  • Gündəlik, rüblük, aylıq və illik hesabatları tərtib və təhlil etmək.
  • Ştat cədvəlləri ilə bağlı müvafiq hesabatları hazırlamaq və yoxlamalar aparmaq.
  • Rüblük olaraq şöbələrdə iş yükünün analizini aparmaq.
  • İşçi datasının toplanması, sorğunun tərtibatı və təhlilini həyata keçirmək.
  • Nəticələri İR komandasına və rəhbərliyə çatdırmaq üçün hesabatlar və təqdimatlar hazırlamaq.

Tələblər

  • Ali təhsil (İqtisadiyyat və ya Riyaziyyat sahəsi üzrə).
  • İR data analitikasında 1 ildən çox iş təcrübəsi (üstünlükdür).
  • Yaxşı səviyyədə MS Office bilikləri (Excel səlis səviyyədə).
  • 1C 8.3 ERP proqram təminatında işləmək.
  • Əmək qanunvericiliyi üzrə nəzəri biliklər.
  • Analitik düşünmə bacarığı.
  • Komandada işləmə bacarığı.
  • Planlaşdırma və problem həll etmə bacarığı.
  • Yaş: 25-35 (ezamiyyətlərə açıq qadın və kişi namizədlərə üstünlük verilir).

İş Şəraiti

  • İş rejimi: 5 gün (Həftədə 40 saat).
  • İstirahət günləri: şənbə və bazar.
  • İstehsalatda əmək təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.

Əmək Haqqı

  • 1200 AZN

İmtiyazlar

  • Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı.
  • Korporativ nömrə və danışıq limiti.
  • Stabil əmək haqqı və nəticələrdən asılı olaraq mükafatlar.

Vakansiya haqqında

  • Son tarix: Sentyabr 22, 2024
  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə

İnsan Resursları üzrə mütəxəssis (Data analitik) vakansiyası ilə maraqlananlar CV-lərini Azərpambıqa göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 22 sentyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow