Kontakt Home vakansiya: Kassir (Naxçıvan).

Naxçıvan şəhərində Kontakt Home şirkətində kassir vakansiyası! Müştəri ödənişlərinin qəbul edilməsi, kassadakı əməliyyatların düzgün həyata keçirilməsi, təhlükəsiz nağd pul saxlama və digər mühüm tapşırıqlar. Əgər siz də məsuliyyətli, dəqiq və kassir vəzifəsində işləmək istəyirsinizsə, bu vakansiya sizin üçündür.

Nov 22, 2024 - 11:31
Nov 22, 2024 - 11:34
 0
Kontakt Home vakansiya: Kassir (Naxçıvan).
Kontakt Home vakansiya: Kassir (Naxçıvan).

Vəzifə öhdəlikləri:

  • Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin, o cümlədən kredit ödənişlərinin qəbul edilməsi;
  • Ödənilən vəsaitlərin yoxlanılması və əməliyyatın düzgün şəkildə həyata keçirilməsi;
  • Gündəlik satış məbləği və ödənişləri əks etdirən sənədlərin hazırlanması;
  • Kassada həyata keçirilən bütün əməliyyatların və pul vəsaitlərinin izlənilməsi, nəzarətdə saxlanılması və hesabatlarının hazırlanması;
  • Nağd pul vəsaitlərinin təhlükəsiz şəkildə saxlanılması və işəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsi;
  • Müştərilərin suallarının cavablandırılması və lazım olduqda müvafiq şəxslərə yönləndirilməsi.

İş şəraiti:

  • İş qrafiki: Növbəli
  • Vəzifə: Tam ştat

Tələblər:

  • Ali təhsil;
  • Kassir vəzifəsində iş təcrübəsi arzu olunandır;
  • Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;
  • Microsoft Office proqramlarında (Word, Excel, Outlook) işləmə bacarığı;
  • Nağd pul əməliyyatlarını yerinə yetirmək üçün bəsit riyazi biliklər;
  • Müxtəlif növ kassa aparatları və onların iş mexanizmləri üzrə biliklər;
  • Dəqiqlik, məsuliyyətlilik və dürüstlük.

Vakansiya ilə bağlı əlavə məlumat:

  • Son müraciət tarixi: 29 noyabr 2024
  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Satış və müştəri xidmətləri

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow