Bank Respublika vakansiya: Pərakəndə bankçılıq üzrə mütəxəssis (Bakı filialları).
Bank Respublika ASC-də pərakəndə bankçılıq üzrə mütəxəssis vakansiyası! Maliyyə, iqtisadiyyat və biznes sahəsində təcrübəniz varsa, bu fürsəti qaçırmayın!
İşin Təsviri:
- Müştərilərə pərakəndə bank məhsulları və xidmətlər haqqında dolğun və dəqiq məlumatlar vermək;
- Müştərilər üçün cari və əmanət hesabları açmaq, idarə etmək və bağlamaq;
- Pərakəndə bank məhsullarının çarpaz satışını həyata keçirmək;
- Kredit müraciətlərinin qəbulu, analizi və rəsmiləşdirilməsi;
- Bankın sənədlərinin qanunvericiliyə uyğun tərtibi və rəsmiləşdirilməsi;
- Yeni müştərilərin cəlb edilməsi istiqamətində aktiv işlərin təşkili.
Tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və ya biznesin idarə edilməsi üzrə);
- Minimum 1 il pərakəndə bankçılıq sahəsində iş təcrübəsi arzuolunandır;
- Azərbaycan dili mükəmməl, rus və ingilis dilləri arzuolunandır;
- MS Office proqramlarında iş bacarıqları;
- Ünsiyyət bacarıqları və düzgün qərarvermə qabiliyyəti;
- Pərakəndə bankçılıq sahəsində yenilikləri öyrənmə və tətbiq etmə həvəsi.
İş Şərtləri:
- İş növü: Tam ştat;
- Vakansiyanın son müraciət tarixi: 1 Oktyabr 2024;
- İş yeri: Bank Respublika ASC, Bakı.
Pərakəndə bankçılıq üzrə mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Bank Respublikaya göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 1 oktyabr 2024 il.
What's Your Reaction?