Kontakt Home vakansiya: Kassir (Reset) axtarılır.
Kontakt Home şirkətində "Kassir" vakansiyası açıqdır. Ali təhsilli, müştəri xidmətləri sahəsində təcrübəsi olan namizədlər dəvət olunur.
Təsvir
Kassir vəzifəsində işləmək istəyən namizədlər aşağıdakı iş funksiyalarını yerinə yetirməlidir:
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin, o cümlədən kredit ödənişlərinin qəbul edilməsi.
- Ödənilən vəsaitlərin yoxlanılması və tələb olunan qaydada əməliyyatın həyata keçirilməsi.
- Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədlərin tərtib edilməsi.
- Kassadan keçən bütün pul vəsaitlərinin, sənədlərin və qiymətlərin izlənilməsi, nəzarətdə saxlanılması və hesabatının aparılması.
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasının və işəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsinin təmin edilməsi.
- Müştərilərin suallarını dinləyib, səlahiyyəti çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönəldirilməsi.
İş Şəraiti
- İş grafiki: Növbəli
Tələblər
- Ali təhsil.
- Kassir vəzifəsində iş təcrübəsi arzu olunandır.
- Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür.
- Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excel, Outlook).
- Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklər.
- Müxtəlif növ kassa aparatları və onların iş mexanizmləri üzrə biliklər.
- Dəqiqlik, məsuliyyətlilik və dürüstlük.
Kassir (Reset) vakansiyası ilə maraqlananlar CV-lərini Kontakt Home göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 2 noyabr 2024 il.
What's Your Reaction?