MKT İstehsalat Kommersiya vakansiya: Material anbardarı axtarılır.
MKT İK MMC, Ağcabədi şəhərində Material anbardarı axtarır. Ali təhsil və 3 il iş təcrübəsi olan namizədlər, anbar idarəçiliyi, təhlükəsizlik və mühafizə qaydalarına riayət etməyi bacarmalıdır.
Vəzifələr:
- Əmtəə maddi sərvətlərin anbara qəbulu, mühafizəsi və buraxılması;
- Anbar sahəsindən səmərəli istifadə üçün materialların düzgün yerləşdirilməsi;
- Anbarda saxlanılan əmtəə maddi sərvətlərinin mühafizə rejiminə riayət edilməsi;
- Rəsmiləşdirmə qaydalarına əməl etməklə mədaxil-məxaric sənədlərinin təhvil verilməsi;
- Anbarda yanğına qarşı ləvazimatların və avadanlıqların vəziyyətinə nəzarət edilməsi;
- Yükləmə-boşaltma işlərinin təhlükəsizlik texnikasına uyğun aparılması;
- Əmtəə-maddi sərvətlərinin inventarlaşmasında iştirak edilməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Tələblər:
- Ali təhsil;
- 3 il iş təcrübəsi;
- Windows əməliyyat sistemi və MS Office proqramları üzrə biliklər;
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
- Analitik, liderlik, qərar qəbuletmə və məntiqi düşünmə bacarıqları;
- AR mülki hüququ, əmək, maliyyə və təsərrüfat qanunvericiliyi bilikləri;
- Anbar təsərrüfatının təşkilinə aid olan normativ sənədləri bilmək;
- Daxili əmək intizam qaydalarını, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını bilmək.
Material anbardarı vakansiyası ilə maraqlananlar CV-lərini MKT İstehsalat Kommersiya-ya göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 2 noyabr 2024 il.
What's Your Reaction?