Kontakt Home vakansiya: Keyfiyyətə nəzarət üzrə mütəxəssis.
Kontakt Home şirkətində keyfiyyətə nəzarət üzrə mütəxəssis vakansiyası açılıb. Müştəri xidmətləri, yazışma və zənglərin keyfiyyətinə nəzarət etmək, sınaq müddətində olan operatorları qiymətləndirmək istəyənlər müraciət etsin.
Vəzifə öhdəlikləri:
- Müştəri xidmətləri departamentinin əməkdaşlarının xidmətlərinin şirkətin qaydalarına uyğun olaraq həyata keçirilməsini qiymətləndirmək;
- Müştəri xidmətləri və hissəvi ödəniş departamentinin əməkdaşlarının social media və digər platformalar üzərindən apardıqları yazışmaların keyfiyyətinə nəzarət etmək;
- Şirkətin digər şöbələrindən gələn yazışma və zənglə bağlı məsələləri araşdırmaq və bu barədə müvafiq şəxsləri məlumatlandırmaq;
- Sınaq müddətində olan yeni operatorların yazışmalarını yoxlamaq və nəticələri rəhbərliyə bildirmək;
- Keyfiyyətə nəzarət fəaliyyətləri ilə bağlı rəhbər tərəfindən verilən şifahi və yazılı tapşırıqları vaxtında yerinə yetirmək.
İş şəraiti:
- İş günləri: I-V günlər (Bazar ertəsindən Cümə gününə qədər);
- İş saatı: 09:00-18:00.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan və Rus dili üzrə səlis danışıq bacarığı;
- Müştəri xidmətləri sahəsində ən azı 6 ay təcrübə;
- Microsoft Office proqramları və 1C ilə işləmə bacarığı (arzuolunandır);
- Məsuliyyətli yanaşma və inkişafa meyillilik;
- Komanda şəklində işləmə bacarığı.
Əlavə məlumat:
- Son müraciət tarixi: 29 noyabr 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Satış və Müştəri Xidmətləri
What's Your Reaction?