Mətanət A Şirkətlər Qrupu vakansiya: İnsan resursları üzrə aparıcı mütəxəssis.

Mətanət A Şirkətlər Qrupu insan resursları üzrə aparıcı mütəxəssis axtarır. Bu vakansiya, mütəxəssisin peşəkar inkişafını dəstəkləmək, işçilərin əmək münasibətlərini idarə etmək və şirkətin insan resursları siyasətlərini izləmək üçün əhəmiyyətlidir.

Sep 30, 2024 - 12:41
Sep 30, 2024 - 12:43
 0
Mətanət A Şirkətlər Qrupu vakansiya: İnsan resursları üzrə aparıcı mütəxəssis.
Mətanət A Şirkətlər Qrupu vakansiya: İnsan resursları üzrə aparıcı mütəxəssis.

Təsvir

İnsan resursları üzrə aparıcı mütəxəssis, aşağıdakı vəzifələri yerinə yetirəcəkdir:

  • Namizədlərin seçimi, müsahibələrin keçirilməsi və ən uyğun namizədlərin işə götürülməsi prosesinin idarə edilməsi.
  • İşçilərin peşəkar inkişafını dəstəkləmək üçün təlim proqramlarının hazırlanması və həyata keçirilməsi.
  • Şirkətin ehtiyaclarına uyğun təlim və inkişaf planlarının hazırlanması və həyata keçirilməsi.
  • İşçilərin əmək münasibətlərinin idarə olunması, münaqişələrin həlli və əmək qanunvericiliyinə uyğunluğun təmin edilməsi.
  • İşçilərin şikayətlərinin dinlənilməsi və həll edilməsi üçün prosedurların qurulması.
  • Şirkətin insan resursları siyasətlərinin uyğunluğunu və səmərəliliyini izləmək, lazım gəldikdə dəyişikliklərin edilməsi.
  • Şirkət siyasətlərinin yerinə yetirilməsini təmin etmək və işçiləri bu siyasətlər barədə məlumatlandırmaq.
  • İşçilərin şəxsi məlumatlarının idarə edilməsi və məxfiliyinin qorunması.
  • İnsan resursları ilə bağlı hesabatların hazırlanması və idarə edilməsi.
  • İnsan resursları göstəricilərinin (işə qəbul nisbətləri, işçilərin saxlanılması, işçi məmnuniyyəti və s.) təhlili.
  • İşə qəbul prosesinə aid mövcud qanunvericilik biliklərinin daim təkmilləşdirilməsi.
  • İşçilərin aylıq tabelinin hazırlanmasına nəzarət edir, ödəniş olunması üçün maliyyə şöbəsinə göndərilməsi.

Tələblər

  • İnsan Resursları sahəsində minimum 3 il iş təcrübəsi.
  • Təhsil: Ali.
  • AR-nın Əmək Məcəlləsinin işə qəbul sahəsinə aid maddələri haqqında məlumatlı olmaq.
  • Dil bilikləri: Azərbaycan və Rus dili mükəmməl səviyyədə, İngilis dili arzuolunan.
  • Kompüter bacarıqları: MS Office proqramları; 1C 8.3 proqramlarından istifadə bacarıqları.
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı.

İş Şəraiti

  • İş saatı: 09:00-dan 18:00-dək; (5 iş günü)
  • İş yeri: Luxen plaza
  • Korporativ nömrə verilir
  • Maaş müsahibə əsasında təyin olunacaq

 İnsan resursları üzrə aparıcı mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Mətanət A Şirkətlər Qrupuna göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 17 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow